Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konsert keçirilib

Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konsert keçirilib
07 May 2019 17:20

Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində ümummilli lider ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Onu zaman seçib" adlı konsert proqramı təqdim edilib.

Realpress.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Xocavənd Rayon İcra Hakimiyyəti, Kürdəmir Regional Mədəniyyət İdarəsi Xocavənd Rayon Tuğ kənd Uşaq Musiqi məktəbinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşmışdır.

Tədbirdə ümummilli lider Heydər Əliyev haqqında videoçarx nümayiş olundu.
Gecədə Tuğ kənd uşaq musiqi məktəbinin şagirdləri  geniş konsert proqramı ilə çıxış etdilər.

Proqramda A.Gərayın, R. Mustafayevin, P. Çaykovskinin, T.Hacıyevin, E.Mansurovun və digər tanınmış bəstəkarların əsərləri səsləndi.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.