Məhkəmə Rüfət Axundov və Rəşad İlyasovla bağlı qərar verdi

Məhkəmə Rüfət Axundov və Rəşad İlyasovla bağlı qərar verdi
08 May 2019 15:58


Yasamal Rayon Məhkəməsində “Space” televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənni Rüfət Axundov və Rəşad İlyasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

realpress.az xəbər verir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edillib.

Qərara əsasən, R.İlyasov və R.Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan məhkəmə tərəfindən rədd edilib.

Qeyd edək ki, şikayətdə hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən, “Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib.

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.