ABŞ-da güllələnən azərbaycanlı ilə bağlı səfirlikdən AÇIQLAMA

ABŞ-da güllələnən azərbaycanlı ilə bağlı səfirlikdən AÇIQLAMA
09 May 2019 12:30

Cari ilin 6 may tarixində ABŞ vaxtı ilə saat 22:00 radələrində ABŞ-ın Pensilvaniya ştatının Berks əyalətinin Vyomissinq qəsəbəsində 20.01.1982-ci il təvəllüdlü Salamov Nail İlham oğlu naməlum şəxslər tərəfindən yaşadığı evində qətlə yetirilib. Faktla bağlı Vayomissinq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları həyata keçirilir.

Realpress.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, mərhumun yaxın qohumları ilə əlaqə saxlanılıb: "Hazırda cənazənin qısa müddət ərzində Azərbaycan Respublikasına göndərilməsi istiqamətində tərəfimizdən iş aparılır. Sənədləşmə işlərinin sabah yekunlaşması gözlənilir və cənazə Reading şəhərindən Nyu-York şəhərinə və oradanda Vətənə göndəriləcək. Qeyd etmək istərdik ki, məsələ səfirliyin tam nəzarətindədir. İstintaq əməliyyatlarının gedişatı barədə əlavə olaraq məlumat veriləcək. Baş vermiş hadisə ABŞ-da yaşayan soydaşlarımızı və səfirliyin kollektivini çox kədərləndirib. Səfirliyin kollektivi adından mərhumun doğmalarına dərin hüzünlə başsağlığı veririk".



14 İyun 2019
Kriminal

Bakıda iş adamını öz maşınında güllələdilər - YENİLƏNİB - FOTO

Məmmədov Ramiz Hümbət oğlunun güllələnərək qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

13 İyun 2019
Kriminal

İqbal Ağazadənin qohumunun meyiti tapıldı

Bakıda Ümid Partiyasının sədri və Milli Məclisin sabiq deputatı İqbal Ağazadənin qohumu Loğman Abbasovun meyiti tapılıb.