Yaddaşınızı gücləndirmək üçün bunları edin

Yaddaşınızı gücləndirmək üçün bunları edin
10 May 2019 13:08

Hazırda bir çox insan yaddaş zəifliyindən şikayət edir. Gərginlik, stress, informasiya çoxluğu, yuxusuzluq, düzgün olmayan qida və digər amillər yaddaşın zəifləməsinə gətirib çıxarır.

Yaddaşın pozulması yaşlılarda daha çox rast gəlinsə də, son zamanlar gənclərin də bir çoxu bu problemdən əziyyət çəkir. Yaşlandıqca yaddaşın zəifləməsi normal sayıla bilər. Lakin gənclərdə yaddaş zəifliyinin səbəbləri əsasən yuxarıda qeyd etdiyimiz amillərdir.

Realpress.az Axar.az-a istinadla bildirir ki, mütəxəssislər yaddaşın yaxşılaşdırılması üçün ilkin olaraq düzgün qidalanmağı, hər gün eyni saatda yatıb durmağı və fiziki işlə məşğul olmağı məsləhət görür. Mütəxəssislər hesab edir ki, bir çox qidalar yaddaşı möhkəmləndirmək gücündədir. Bunların sırasında balıq əti, balıq kürüsü, yumurta, kakao, qoz və müxtəlif çərəzlər, lobya, meyvə-tərəvəz, süd və digərlərini misal göstərə bilərik.

Səhər yeməkləri sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır. Həkim-nevropatoloqların fikrincə, səhər yeməyi zamanı şirin çay içmək orqanizm üçün çox faydalıdır. Bu, həm də yaddaşın möhkəmlənməsi üçün əvəzolunmaz vasitədir.

Yaddaşın zəifləməsinin əsas səbəblərindən biri də damarlarda baş verən dəyişikliklərdir. İdmana zaman ayırmaq, eyni zamanda bərkdən kitab oxumaq, şeir əzbərləmək, yalnız lazım olan informasiyanı beyində saxlamaq və tərkibində kalsium, fosfor, A, C, E, B vitaminləri olan qidaları qəbul etmək yaddaşın möhkəmlənməsində sizə yardımçı olur.

Alimlərin apardıqları araşdırmalar zamanı məlum olub ki, həddən artıq televizor izləmək də yaddaşa mənfi təsir göstərir. Hər gün 7 saatdan artıq zamanını televizor qarşısında keçirən insanlar televizora daha az baxanlara nisbətən 50% daha çox yaddaş zəifliyinə məruz qalırlar.

Fiziki məşq zehni fəaliyyətə kömək edir. Öyrənməyə davam edin: Davamlı olaraq oxumaq, yeni hobbilər əldə etmək, tapmaca həll etmək zehninizi gücləndirir.

Kifayət qədər yatın: Gündə səkkiz saatlıq yuxu ilə beyninizin dincəlməsinə şərait yaradın.



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.