Mançester Siti belə çempion oldu - VİDEO - FOTO

Mançester Siti belə çempion oldu - VİDEO - FOTO
13 May 2019 10:49

İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün qalibi bəlli olub.

Realpress.az xəbər verir ki, sonuncu turda "Mançester Siti" səfərdə "Brayton"a 4:1 hesabı ilə qalib gəlib və çempion olub. "Şəhərlilər" ardıcıl 2-ci, ümumilikdə 6-cı dəfə Premyer Liqa çempionluğu qazanıb.

"Mançester Siti" 98 xalla Premyer Liqanı 1-ci başa vurub. "Liverpul" 97 xalla 2-ci, "Çelsi" 72 xalla 2-ci, "Tootenhem" 71 xalla 4-cü olub. Bu komandalar növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək. 

"Arsenal" 70 xalla mövsümü 5-ci pillədə bitirib və Avropa Liqasının qrupunda oynamaq hüququ qazanıb. 66 xalı olan "Mançester Yunayted" isə 6-cı yerlə kifayətlənib. "Qırmızı şeytanlar" gələn mövsüm Avropa Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

"Kardiff Siti", "Fulhem" və "Haddersfild" isə Premyer Liqanı tərk ediblər.

"Brayton" - "Mançester Siti" - 1:4

Qollar: Murrey, 27 - Aquero, 28, Lapor, 38, Mahrez, 63, Gündoğan, 72



28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.