Oruc tutanda halsız olmamaq üçün — BUNLARI EDİN

Oruc tutanda halsız olmamaq üçün — BUNLARI EDİN
13 May 2019 11:48

Müqəddəs Ramazan ayıdır. Bir çox inanclı insan oruc tutur. Bu il oruclu qalmağın müddəti 16 saatdır. Ramazan ayında oruc tutan insanlar özlərini halsız hiss etməmək üçün müəyyən qaydalara əməl etməlidirlər.

Realpress.az “Ölkə.Az”-a istinadən oxucularına bu gün oruc tutanda halsız qalmamaq üçün nələrə diqqət etmək lazım olduğu barədə kiçik yazını təqdim edir.

Oruç Tutarken Halsiz Kalmamak İçin Bu Detayı Sakın Atlamayın!

1.Kifayət qədər maye qəbul edin

Orucu 1 stəkan su ilə açmağa çakışın. İftarda tərkibində şəkər əlavəsi olmayan kompotlar və şorbalar için. Meyvə və tərəvəz qəbul edin. Çay və qəhvə kimi kafeinli içkilər orqanizmdən maye ifrazını artırır. Buna görə də ən azı 8-10 stəkan su qəbul etməyə çalışın.

Oruç Tutarken Halsiz Kalmamak İçin Bu Detayı Sakın Atlamayın!

2.Sahurda mütləq yemək yeyin

Ramazan ayında badam, qoz, fındıq kimi maqnezium tərkibli qidalar qəbul etmək önəmlidir. Xüsusən də sahurda qəbul edilən meyvələr və çiy tərəvəzlərin tərkibində yüksək miqdarda maye olduğu üçün gündəlik maye ehtiyacınızı da ödəyəcək.

Oruç Tutarken Halsiz Kalmamak İçin Bu Detayı Sakın Atlamayın!

3.İftarı açanda bunlara diqqət edin

Orucu 1 stəkan su ilə açın və sonra bir qab şorba için. 15 dəqiqə heç nə qəbul etməyin. Çünki dalbadal yeməkləri mədəyə doldurmaq yuxu verir və yorğunluq hissini artırır. İftarla sahur arasına meyvə, qatıq və ya kefir qəbul edin.

Oruç Tutarken Halsiz Kalmamak İçin Bu Detayı Sakın Atlamayın!

4.Aralıq dənizi qidaları

Aralıq dənizi tipli qidalara üstünlük verin. Bunlar doymamış yağlarla zəngin zeytun, badam, fındıq və qozdur. Bundan əlavə, tərəvəz, meyvələr, balıq kimi ağ ət və süd məhsulları qəbul edin. İftarda süfrənizə çiy və bişmiş səbzələr düzün.  Yağsız ətlərə üstünlük verin.

Oruç Tutarken Halsiz Kalmamak İçin Bu Detayı Sakın Atlamayın!
5.İşlənmiş ət məhsulları və şəkərdən uzaq durun

Sahurda qəbul etdiyiniz kolbasa və sosis kimi işlənmiş ət məhsullarının tərkibində duz və yağ olduğu üçün gün ərzində susuzluq verir. Bundan başqa şəkər və şəkər əlavəli qidalar qan şəkərini artırır və qəflətən azalmasına səbəb olur. Bu isə insan orqanizminə ziyandır. Yuxu və halsızlıqla nəticələnir.

Oruç Tutarken Halsiz Kalmamak İçin Bu Detayı Sakın Atlamayın!
6.Bağırsaqlara diqqət edin

Orucun ilk günlərində qidalanma rejimi dəyişir. Bu səbəbdən də kifayət qədər maye və lif qəbul etməmək qəbzliyə səbəb olur.

Oruç Tutarken Halsiz Kalmamak İçin Bu Detayı Sakın Atlamayın!
7.Hərəkət edin

İftardan bir saat sonra 40-50 dəqiqəlik yürüşə çıxın. Bu həzmi asanlaşdıracaq və yaxşı yuxuya səbəb olacaq.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.