“Android Q” sisteminin beta versiyası istifadəyə verilib

“Android Q” sisteminin beta versiyası istifadəyə verilib
13 May 2019 12:31

“Google” şirkəti “Android Q” əməliyyat sisteminin sonuncu sınaq mərhələsini istifadəyə verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, əməliyyat sisteminin mobil qurğular üçün yeni versiyası mayın 8-də “Google I/O” konfransında təqdim edilib. Sistemin beta versiyasını “Google Pixel” smartfonlarına, eləcə də “Asus”, “Nokia”, “Huawei”, “LG”, “OnePlus”, “Oppo”, “Realme”, “Sony”, “Vivo” və “Xiaomi” şirkətlərinin smartfonlarına quraşdırmaq mümkündür.

Məlumata görə, “Android” əməliyyat sisteminin yeni versiyasında təhlükəsizlik və məxfilik funksiyaları yaxşılaşdırılıb, jestli naviqasiya sistemi, eləcə də qurğunun təkrar enerji toplamadan işləmə müddətini artıracaq “tünd mövzu” əlavə olunub.

Əməliyyat sisteminin hazır versiyasının bu ilin payızında təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, mayın 8-də “Google I/O” konfransında aparıcı “Android” direktoru Stefani Katbertson dünyada aktiv “Android” qurğularının sayının 2,5 milyarda çatmasını açıqlayıb.

Realpress.az


20 May 2019
İT

“Google” istifadəçilərin satınalmasını izləyir?

“Google” istifadəçilər tərəfindən edilmiş satınalmalar haqqında informasiyanı yadda saxlayır. “CNBC”-nin jurnalisti Todd Heyzelton buna diqqət yönəldib. O, "Satınalmalar" (Purchases) vərəqində son 5 il ərzində bütün öz satınalmalarının siyahısını aşkar edib. Bütün istifadəçilər müvafiq bölməyə daxil ola bilərlər.  

20 May 2019
İT

Cənubi Koreya hökuməti “Linux” sistemindən istifadəyə başlayacaq

Cənubi Koreya Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin nümayəndələri ölkə hökuməti tərəfindən istifadə edilən bütün kompüterlərin tezliklə “Linux” əməliyyat sisteminə keçəcəyini açıqlayıblar. Hazırda Cənubi Koreyanın dövlət müəssisələrində “Windows” əməliyyat sistemindən istifadə olunur.

20 May 2019
İT

Avropa İttifaqında kiberhücumlara sanksiyaların tətbiqi üçün mexanizm hazırlanıb

Avropa İttifaqında miqyaslı kiberhücumlara cavab olaraq sanksiyaların tətbiqinə imkan verən xüsusi mexanizm hazırlanıb. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.

20 May 2019
İT

Növbəti nəsil atom saatı yaradılır

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) mütəxəssisləri növbəti nəsil eksperimental atom saatı üçün əsas olacaq texnologiyanı nümayiş etdiriblər.

20 May 2019
İT

“Android” sisteminin hələ elan edilmiş versiyasında istifadəyə veriləcək yeni funksiya məlum olub

“Android” əməliyyat sisteminin hazırlanması üzrə məsul şəxs olan “Google” korporasiyasının vitse-prezidenti Deyv Berk “Twitter”də sözügedən sistemin növbəti versiyasında əlçatan olacaq yeni funksiya haqqında məlumat paylaşıb.