Kərimdən intihar xəbərdarlığı: "Damarlarımı doğrayacam" - VİDEO

Kərimdən intihar xəbərdarlığı: "Damarlarımı doğrayacam" - VİDEO
13 May 2019 13:38

"Xahis edirəm, mənim hisslərimlə oynamayın. And olsun Allaha, and olsun balamın canına, özümə qəsd edəcəm. Hər gün dərman içib əsəblərimi sakitləşdirməkdən bezdim. Tab gətirə bilmirəm, əl çəkin məndən".

Realpress.az xəbər verir ki, müğənni Kərim Abasov atasının 40-ı çıxmamış toylara getdiyinə görə onu qınayanları özünü öldürəcəyi ilə hədələyib və sonda lənətləyib.

İfaçının "İnstagram"da atası ilə videogörüntülərlə birlikdə paylaşdığı statusunu təqdim edirik:

"Mən bilməzdim ki, atamı bu qədər məndən çox istəyənlər varmış... Atamın ölüsünü şoulaşdırıb yazanlar, özümə qəsd etsəm, altından çıxa bilməyəcəksiz. Əl çəkin, həyatımı, dərdimi yaşayım. 

Ağlamaqdan gözlərim göynəyir, axırda kor olacam. Sənətim mənim qazanc yerimdir. Balamın, ailəmin, hüzürə gələn qonaqlarımın qabağına mən çıxmalıyam. Mən dilənçi deyiləm ki, məclisə gələn adamlardan pul yığım. Adım-sanım var. Ona görə də mən işə çıxıb pul qazanmalıyam. Kimsə qapımı döyüb mənə 10 manat pul vermir. Məni qınayanlar, başınıza gəlsin.

Baxın görün mən nə çəkirəm. İçim özümü yandırır, çölüm özgəsini. Əl çəkin məndən. And olsun Allaha, axırıncı xəbərdarlığımdır. Qurana and olsun, damarlarımı doğrayacam.

Jurnalistlər, mənim axırıma çıxdınız. Allah bəlanızı versin!"


22 İyul 2019
Şou-biznes

Elza Seyidcahan jurnalistlərə şeir HƏSR ETDİ — Qaytarsınlar aldıqlarını - MƏTN

Əməkdar artist Elza Seyidcahan milli məbuat günü münasibəti ilə yeni şeir yazıb.

22 İyul 2019
Şou-biznes

Bir zamanlar məşhur olan aparıcını görənlər TANIMADI — FOTO

Bir zamanlar məşhur “Sirr qapısı” verilişinin aparıcısı olmuş Reha Yepremi görənlər tanımayıb.

22 İyul 2019
Şou-biznes

Azərbaycanlı aparıcı xəstəxanaya düşdü - FOTO

Aparıcı Samir Bayramlının səhhətində problem yaranıb.