Sevgilisi aktrisanın evində pəncərədən özünü ataraq intihar etdi — FOTO

Sevgilisi aktrisanın evində pəncərədən özünü ataraq intihar etdi — FOTO
13 May 2019 16:56

Məşhur aktrisa Yeşim Gül sevgilisi Sərdar Peçen ilə kredit borcuna görə mübahisə edib.

Realpress.az xəbər verir ki, Peçen barışmaq istəsə də, aktrisadan rədd cavabı alıb və pəncərədən özünü ataraq intihar edib.

53 yaşlı Yeşim “Dolunay”, “Cesur yürek”, “Aşk yalanı sever” kimi seriallarda kamera qarşısına keçib. O, 28 yaşlı sevgilisi Sərdardan kredit görürməyi rica edib. Sərdar 50 min lirə (15 min manat) krediti bankdan götürüb və aktrisaya verib. Bir müddət sonra isə Yeşimə kredit borcunu ödəməkdə çətinlik çəkdiyini bildirib. Bu səbəbdən cütlük mübahisə edib. Yeşim isə sevgilisindən ayrılıb.

Sərdar isə Yeşimlə barışmaq üçün onun Beşiktaş səmtindəki evinə gedib. Özündən 25 yaş böyük Yeşimlə barışa bilməyən Sərdar özünü pəncərədən ataraq intihar edib. Gül isə bu barədə polisə məlumat verib. Faktla bağlı cinayət işi başlayıb. Sərdarın qardaşı məsələ ilə bağlı deyib:

“Qardaşım kar idi. Seriallara çəkilirdi. Yeşimlə münasibətindən xoşbəxt idi. Yeşim üçün kredit götürmüşdü, ödəyə bilmirdi. Yeşim isə ona kömək etmək əvəzinə ayrılıb. Gülün cəzalandırılmasını tələb edirik”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.