Şəfəq Hüseynliyə Avropa Şurasında vəzifə verildi

Şəfəq Hüseynliyə Avropa Şurasında vəzifə verildi
13 May 2019 17:32


Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının İşçi qrupunun sədr müavini seçilib.

AMADA-dan realpress.az-a verilən məlumata görə, o, bundan sonra Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi İşçi qrupunun sədr müavini vəzifəsində də işləyəcək.

Bu qərar Rumıniyanın paytaxtı Buxarestdə 7-8 may tarixlərində keçirilən Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq qrupunun 50-ci iclasında qəbul edilib.

“İnsan hüquqları və idmançılar” qrupunun tərkibinə sədr, sədr müavini və səkkiz ölkənin nümayəndələrindən ibarət üzvlər daxildir. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər Avropa Şurası təşkilatlarının nümayəndələri də daxil ediləcək. Əlavə olaraq, Avropa İttifaqı, YUNESKO və WADA qurumları müşahidəçi qismində öz nümayəndələrini təyin edəcək.

Qrupun əsas məqsədi antidopinq qaydalarının tətbiqi zamanı idmançıların hüquqlarının effektiv təmin edilməsi, onların ədalət mühakiməsinə maneəsiz çıxışı, insan hüquqlarının idmanda dopinqə qarşı mübarizədə qorunması və bu sahədə digər sənədlərin və təkliflərin hazırlanmasıdır.

Həmçinin Ş.Hüseynli 6-7 may tarixlərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 46-cı iclasında da iştirak edib. Bu görüşdə müzakirə edilən əsas məsələlərdən biri mayın 14-də Monreal şəhərində keçiriləcək WADA-nın növbəti prezident seçkisinə hazırlıq olub. 

Qeyd edək ki, Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.