Ürək ritmlərini ölçən ağıllı üzük hazırlanıb

Ürək ritmlərini ölçən ağıllı üzük hazırlanıb
14 May 2019 08:48

Cənubi Koreyalı tədqiqatçılar ürək döyüntülərini  dəqiqliklə qeyd edən "ağıllı" üzüyü sınaqdan keçiriblər.

Realpress.az chip.az-a istinadən bildirir ki, tədqiqatçılar üzüklərin yaxın vaxtlarda ürək döyüntülərinin normal olub-olmadığını təyin etmək üçün istifadə edilə biləcəyinə ümid edirlər.

Bu həftə keçirilən  "Heart Rhythm" dərnəyinin elmi sessiyalarında təqdim edilən araşdırmada ürək ritmləri pozulan 119 xəstədə  eyni zamanda EKQ-lər və optik sensor əsaslı fotopletismografiler qarşılaşdırılıb. Tədqiqatçılar faktiki təsnifat üçün ortalama təhlükəsizlik səviyyəsinin 98,6% olduğunu qeyd ediblər.

Seul Milli Universitet Xəstəxanasının kardioloji professoru Eue-Keun Choi dəqiqliklə öyrənmə alqoritminin yeni hazırlanan "ağıllı" üzük vasitəsi ilə günlük aktivlik dərəcəsinin təyin etmək istədiklərini, tibbi cəhətdən isə üzüyün ürək ritmlərini qeyd etməsi üçün də istifadə olunmasına ümid etdiklərini vurğulayıb.

Ağıllı saatların gündəlik və ya həftəlik  batereya ilə təmin edilməsi probleminin mövcudluğu baxımdan sözü gedən üzüklərin ürək ritmlərini daimi qeyd etməsinin mümkün olmayacağı düşünülür. Ancaq ağıllı saatların ekran, qabaqcıl prosessor və bildirişlər kimi funksiyalarının üzükdə istifadə olunmamamsı bu problemi aradan qaldıracaq. Üzüklərin ürək ritmlərini qeydə alan böyük və çox bahalı cihazlara rəqib olacağı gözlənilir.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.