Orucun uzunömürlülüyə ŞOK TƏSİRİ

Orucun uzunömürlülüyə ŞOK TƏSİRİ
14 May 2019 09:35

Orucun ömrü uzatdığı və bədəni cavan saxladığı məlum olub. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə kök hüceyrə və oynaq müalicəsi üzrə türkiyəli mütəxəssis Yüksəl Büküşoğlu məlumat verib.

Son aparılan elmi araşdırmalar göstərib ki, qocalma prosesinin sürətlənməsi bədəndəki yetkin kök hüceyrələrin sayının azalması və funksiyasının zəifləməsi ilə sıx bağlıdır.

Bədənimizdə kök hüceyrələrin əsas funksiyası odur ki, onlar sağlam və yetkin bədəninin öz-özünü bərpa etmə və cavanlaşma qabiliyyətinə görə məsuliyyət daşıyır. Həkimin sözlərinə görə, bədənimizdə hər hansı bir yara olanda, kök hüceyrələr sürətlə zədələnmiş hüceyrələri bərpa etmək və yeniləmək üçün fəaliyyətə keçir:

 

"Zaman keçdikcə kök hüceyrələrin funksiyası zəifləməyə başlayır. Oksidativ stress, xroniki iltihablanma və DNT zədələnməsi kök hüceyrə funksiyalarına mənfi təsir edərək, toxuma və orqanların özlərini bərpa etmə, yaxşılaşdırma qabiliyyətlərinin pozulmasına səbəb olur. Qısası, qocalma prosesinin yetkin kök hüceyrə funksiyalarında azalma ilə əlaqəli olduğunu deyə bilərik.

Son zamanlar aparılan elmi araşdırmalar göstərir ki, oruc tutmaq və bəzi təbii qidalara üstünlük vermək qocalan kök hüceyrələri üzərində son dərəcə müsbət təsirlər yaradıb. Oruc kök hüceyrələrin funksiyasının yaxşılaşmasına və qocalan kök hüceyrələrin sayının azalmasına təsir göstərir. B3 vitamini (balıq, ev heyvanları, ət, mal əti, göbələk), D vitamini, C vitamini, E vitamini və Selen kimi antioksidantlardan zəngin qidalar hüceyrələrinin qarşılaşdığı ekoloji amillərin məhvedici təsirlərinə qarşı kök hüceyrə funksiyalarını qoruyur, onları yaşlı və zədələnmiş kök hüceyrələrinə çevrilmək riskini azaltdığı irəli sürülür”.

Mütəxəssis bildirib ki, müəyyən fasilələrlə oruc tutmaq, mütəmadi olaraq idmanla məşğul olmaq, siqaret və spritli içki kimi məhsullardan uzaq durmaq və faydalı məhsullarla qidalanmaq yetkin kök hüceyrə funksiyalarını bərpa edir və onların qocalmasının qarşısını alır. Həkim sonda onu əlavə edib ki, uzun həyatın sirri bədəndəki yetkin kök hüceyrələrin canlı və sağlam saxlamaqdır. Fasiləli oruc isə kök hüceyrələrin sağlam qalmasına birbaşa təsir göstərir.

Realpress.az


22 May 2019
Maraqlı

ABŞ-da elektronika döyüş başlıqlı raketlərlə məhv edilir

ABŞ Silahlı Qüvvələri hərbi və mülki elektronikanın məhvi üçün döyüş başlığı ilə təchiz edilən 20 raket quraşdırıb. Raket güclü mikrodalğalardan istifadə edərək hərbi potensialı tələfat olmadan məhv edir. Nəticədə aparaturanın elektron proqram təminatı dağıdılır, bina və tikililər isə toxunulmaz qalır.

22 May 2019
Maraqlı

Ət yeməyən insanların bədənində nə baş verir? - ARAŞDIRMA

Ət, balıq və toyuq məhsullarının zərərli və ya faydalı olması haqqında hər gün dünya KİV-də yüzlərlə məqalələr yayımlanır.

22 May 2019
Maraqlı

Allah bəyəndiyi orucun 3 xüsusiyyəti

Oruc tutmaq - ac və susuz qalmaqla kifayətlənməz. Başqa şəraitləri də vardır ki, insanın məsuliyyətlərini artırar.

22 May 2019
Maraqlı

Kraliça sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır - FANTASTİK MAAŞ

Böyük Britaniya Kraliçası II Elizabet sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır.