Bu gün “Avroviziya”da nələr yaşanacaq? - Bədbin proqnoz

Bu gün “Avroviziya”da nələr yaşanacaq? - Bədbin proqnoz
14 May 2019 13:14


Bu gün bütün Avropanın gözü 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinə dikiləcək.

Yarışma İsrailin Təl-Əviv şəhərində yerləşən Təl-Əviv Expo Mərkəzində keçiriləcək.

“Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”). Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub. 

Realpress.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-dan İTV-də canlı olaraq yayımlanacaq yarışma aparıcı Murad Arif tərəfindən şərh olunacaq.

İlk yarımfinalda 17 ölkə çıxış edəcək. 

Müsabiqə iştirakçılarının fasiləsi zamanında səhnəyə 1998-ci ildə İsrailə “Avroviziya” sevinci bəxş edən 50 yaşlı müğənni Dana İnternational çıxacaq. O, Bruno Marsın “Just The Way You Are” bəstəsini canlı səsləndirəcək.

Ölkələr arasında sonda ən çox bal yığan 10 ölkə şənbə günü - mayın 18-i finala vəsiqə qazanacaq. 

Bukmeykerlərin qənaətincə, tamaşaçıları kifayət qədər zəif yarımfinal gözləyir. Kiprin müsabiqədə qələbə üçün favorit olduğu ehtimal edilir. Məhz bu səbəbdən Kipr təmsilçisinin çıxışı birinci yarımfinalda ən yaxşı ola biləcəyi ehtimal edilir.

Finala Çexiyanın da keçə biləcəyi proqnozlaşdırılır. Bukmeykerlər əmindirlər ki, Sloveniya, Polşa və Macarıstan təmsilçiləri müsabiqənin qalibi adını qazanmaq üçün finala keçə bilməyəcəklər.

Səs verməyə 17 ölkənin təmsilçilərinin çıxışından sonra start veriləcək. “Avroviziya”nın aparıcıları bu barədə anons edəcəklər. Daha sonra bir daha təkrar olaraq bütün iştirakçıların çıxışları qısa olaraq təqdim ediləcək. Bu, səsləri düzgün istiqamətdə vermək üçün nəzərdə tutulub. 

Əgər siz sözügedən 17 iştirakçı ölkənin, eləcə də, İsrail, İspaniya və Fransa daxil olmaqla, birindəsinizsə, sevimli iştirakçınıza səs vermək hüququna maliksiniz. Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə baş tutan ikinci məşq zamanı münsiflər heyəti artıq öz səslərini iştirakçıların səs hesabına əlavə ediblər. Onların verdikləri səslər ümumi nəticənin 50 faizini təşkil edir. 

Qeyd edək ki, müğənni Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək “Avroviziya-2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda 18-ci nömrə ilə təmsil edəcək. Çingiz səsləndirdiyi mahnıda muğam oxuyacaq. 

Çingizin səhnə dekorasiyası möhtəşəm olacaq. Belə ki, onun səhnəsində üçbucaq formalı, kənarlarında işıqlar olan dekorasiya quraşdırılıb, arxa fonda mavi dalğalı effektlərlə, qadın silueti ön plana çıxacaq. Həmçinin, səhnədə iki ədəd robotdan istifadə olunacaq. Robotlar qollarındakı lazerlərlə Çingizin üzərinə ürək şəklini həkk edəcək. Bununla yanaşı, Mustafayevi beş peşəkar bek-vokal müşayiət edir.

Mustafayevin məşqi bukmeyker proqnozlarına bilavasitə təsir edib. Nəticə etibarilə 13-cü sırada qərarlaşan Azərbaycan sürətlə beşinci pilləyə irəliləyib. Bukmeykerlərin verdiyi proqnozlara əsasən, Çingiz yarışmada finala qədər yüksələrək, ilk sıralarda yer alacaq. 

Rəşad Əliyev

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.