Süni intellekt vasitəsilə hazırlanan jurnal buraxılıb

Süni intellekt vasitəsilə hazırlanan jurnal buraxılıb
14 May 2019 13:16

Sinqapurun “Esquire” jurnalının redaksiyasının süni intellektin köməyi ilə yaradılan nömrəsi nəşr edilib. Alqoritmlər tərəfindən redaktor məktubu və 5 jurnalist mətni hazırlanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “AI Squire” adlı süni intellekt hər mətn üçün bir neçə dəqiqə sərf edib. Redaksiya üçün robot “AI QLX” şirkəti tərəfindən hazırlanıb. Süni intellekt materiallar yazmaqla yanaşı, jurnalist mətnləri üçün mövzular fikirləşib tapır.

Bildirilir ki, onun yazdığı materiallar süni intellekt, moda və texnologiyalar tarixinə, eləcə də insanların geyim mövzusunda düşüncələrə həsr edilib. “AI Squire” robotunun işləri insan tərəfindən redaktə edilsə də, bu, adi jurnalist mətnləri kimi edilməyib.

“Esquire” jurnalının baş redaktoru izah edib ki, eksperiment jurnalistlərin robotlarla əvəzlənməsi ilə bağlı suala cavab tapmaq üçün edilmiş cəhddir.

Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.