Azərbaycanlılar arasında böyük nüfuza sahib olan iş adamı Rusiyada öldürüldü - FOTO

Azərbaycanlılar arasında böyük nüfuza sahib olan iş adamı Rusiyada öldürüldü - FOTO
15 May 2019 13:06

Ötən gün Rostov vilayətinin Taqanroq şəhərinin bazarında 44 yaşlı Rusiya vətəndaşı olan azərbaycanlı sahibkar bıçaqlanaraq qətlə yetirilib.

Realpress.az virtialaz.org-a istinadla xəbər verir ki, əslən Salyan rayonunun Kərimbəyli kəndindən olan 1975-ci ildə anadan olmuş Elşən Fəxrəddin oğlu Əsgərov 20 ildən artıqdır ki, Rostov vilayətinin Taqanroq şəhərində yaşayaraq orada ailə qurub sahibkarlıqla məşğul olurmuş.

Hələlik qətlin təfərrüatları barədə məlumat yoxdur. Elşən Əsgərovun yaşadığı şəhərdə azərbaycanlılar arasında böyük nüfuz sahibi olduğu deyilir.

Mərhumun yaxınları onun nəşini doğmalarının yaşdığı kəndə gətririb torpağa tapşırmaq üçün Rusiyaya gediblər.

Qeyd edək ki, Elşən Əsgərovun atası Kərimbəyli kənd orta məktəbində müəllim işləyir.


20 May 2019
Cəmiyyət

Sürücülərin nəzərinə — Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu gün gecə 12-dən sabah saat 6-ya qədər Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər olan hissəsində üfiqi nişanlanma xətləri yenidən rənglənəcək.

20 May 2019
Cəmiyyət

Prezidentin tapşırığından sonra qeydiyyatsız evlər necə sənədləşdiriləcək?

Azərbaycan Prezidentinun sənədsiz evlərin özəlləşdirilməsi ilə bağlı problemin həll edilməsi ilə bağlı tapşırığından sonra bu məsələ ilə əlaqədar formalaşdırılmış komissiyanın fəaliyyətinin güclənməsi hiss olunur.

20 May 2019
Cəmiyyət

Diqlasdakı 460 sahibkarın problemi həll edilib

“İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vasitəsilə “Dilqas” Ticarət Mərkəzində yanğından əziyyət çəkmiş 460 sahibkarın problemi həll edilib”.

20 May 2019
Cəmiyyət

Bibiheybət məscidinin yanında qəza – VİDEO

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.