Skoltexa və Moskva Fiziki-Texniki İnstitutunun alimləri orbitdə insanın sağlamlığına nəzarət edən kardiodatçik yaradıblar. Bu haqda "Russkiy kosmos" jurnalında dərc olunmuş məqalədə deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, "yüngül simsiz kardiodatçik kosmonavtların işinə mane olmayacaq, süni intellekt sistemi isə ürəyin işində qeydə alınan ən kiçik pozulmaları izləyəcək" – məqalədə deyilir.
"Bizim qurğumuz orbitdə işləyən insanlar üçün çox mühümdür, çünki orbitdə orqanizm ekstremal yüklənmələrə məruz qalır. Sözügedən datçik preventiv tibbi inkişaf etdirməyə kömək edəcək ki, bu da inkişaf etməkdə olan xəstəliyin ilk simptomlarını aşkar edərək onu aradan qaldırmağa imkan verəcək" – Skoltexa kosmik mərkəzinin nümayəndəsi Tatyana Podladçikova bildirib.
Alimlər yaxın vaxtlarda sözügedən datçikin kosmosda tətbiqinə ümid edirlər.
Realpress.az
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.