“Huawei” və “Samsung” şirkətləri arasında patent mübahisəsi həll edilib

“Huawei” və “Samsung” şirkətləri arasında patent mübahisəsi həll edilib
15 May 2019 15:25

Çinin “Huawei” smartfon istehsalçısı və Cənubi Koreyanın “Samsung” şirkəti arasında patent hüququnun pozulması ilə bağlı uzun müddət davam edən mübahisə həll olunub. Bu barədə “Beijing Business Today” nəşri məhkəmə sənədinə istinadən məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Vestifinance” resursuna istinadən yazır ki, Quandun əyaləti Ali Xalq Məhkəməsinin məlumatına görə, iki texnoloji nəhəng tərəflərə məxsus patentdən birgə istifadə üçün əsas olacaq razılığa gəlib.

Bundan başqa, şirkətlər tərəfindən patent hüququnun pozulması ilə bağlı qaldırılmış digər iddialar həllini tapacaq.

Şirkətlər müvafiq ittihamların ləğv edilməsi üçün işə başlamağı planlaşdırırlar. Razılaşma barədə ətraflı məlumat verilmir.

Realpress.az


22 İyul 2019
İT

“Xiaomi” şirkəti 500 ən böyük şirkət sırasında yer alıb

"Fortune" nəşrinin versiyasına görə, Çinin smartfon və başqa istehlak elektronikası istehsalçısı olan "Xiaomi" ilk dəfə dünyanın 500 ən böyük şirkətlərinin reytinqinə daxil edilib.

22 İyul 2019
İT

Korporativ sektor “Windows 10” sisteminə keçir

Kibertəhlükəsizlik texnologiyaları üzrə ixtisaslaşmış “Duo Security” şirkəti korporativ sektorda “Windows 10” sisteminin liderliyi haqqında məlumat verib.  

22 İyul 2019
İT

“5G” şəbəkəsinin tətbiqi mobil telefonların dinlənilməsini çətinləşdirəcək

"5G" texnologiyasının istifadəyə verilməsi hüquq-mühafizə orqanlarının cinayətkarların mobil telefonlarını dinləmək imkanından məhrum olması ilə nəticələnəcək. Avropa Polis Təşkilatının (Avropol) rəhbəri Katrin De Boll belə düşünür. O, Avropa İttifaqına üzv ölkələrin hazırda "4G" şəbəkəsindən beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) keçidlə əlaqədar boşluğu doldura bilən texniki vasitələrə malik olmaması ilə əlaqədar Aİ liderlərinə texniki baxımdan yaxşı hazırlanmış cinayətkarlarla mübarizə üçün maliyyələşdirməni artırmaq və səlahiyyətləri genişləndirmək xahişi ilə müraciət edib.

22 İyul 2019
İT

“Toyota” elektromobili olimpiada iştirakçılarına xidmət göstərəcək

2020-ci ildə Yay Olimpiya və Paralimpiya oyunları dünyanın texnoloji baxımdan ən inkişaf etmiş ölkəsi – Yaponiyada keçiriləcək. “Toyota” şirkəti idman tədbirinin keçirilməsi münasibətilə olimpiadanı müşayiət etmək üçün “Accesible People Mover” (APM) adlı futuristik dizayna malik sərnişindaşıma elektromobilinin xüsusi versiyasını yaradıb.  

22 İyul 2019
İT

Yeni virtual reallıq əlcəyi virtual obyektlərə toxunur

Koreya Elm və Texnologiyalar İnstitutunun mütəxəssisi Yunqsu Çanın rəhbərliyi ilə tədqiqat qrupu yüngül silikon virtual reallıq əlcəyi yaradıb.