Vergilər Nazirliyinin səlahiyyəti artırıldı

Vergilər Nazirliyinin səlahiyyəti artırıldı
15 May 2019 16:06

Vergilər Nazirliyinin səlahiyyəti artırılıb.

Realpress.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” qanunun tətbiq edilməsi haqqında” fərmanda dəyişiklik edib.

Qanunvericiliyə əsasən, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.

Buradakı müvafiq icra hakimiyyəti orqanı Maliyyə Nazirliyi nəzərdə tutulurdu. Fərmanda edilən dəyişikliklə isə bu səlahiyyət Vergilər Nazirliyinə verilib.

“Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda edilən dəyişiklikdə qeyd edilib ki, dərman vasitələrinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti ilə nəzarət markalarını Maliyyə Nazirliyi deyil, Vergilər Nazirliyi hazırlayacaq.

“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” fərmanda edilən dəyişikliyə əsasən, aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq Maliyyə Nazirliyinə deyil, Vergilər Nazirliyinə həvalə edilib.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.