Qalatasaray” 18-ci dəfə Türkiyə kubokunu apardı - "Allah hakimin bəlasını versin" - FOTO

Qalatasaray” 18-ci dəfə Türkiyə kubokunu apardı - "Allah hakimin bəlasını versin" - FOTO
16 May 2019 09:35

Mayın 15-də futbol üzrə Türkiyə kubokunun finalında "Qalatasaray" və "Akhisar Bələdiyyəspor" komandaları qarşılaşıb.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sivas şəhərində keçirilən oyunda İstanbul təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edərək 18-ci dəfə Türkiyə kubokunun sahibi olub.

Lakin hakim Suat Arslanboğanın qərarlarını qərəzli hesab edən Ege təmsilçisi oyunun sonunda mükafatlandırma mərasiminə qatılmayıb. Etiraz nümayişi olaraq təkcə qapıçı Fatih kürsüyə çıxıb. Komandanın kapitanı Güray Vural isə matçın hakiminin ünvanına ağır ifadələr işlədib:

""Qalatasaray"ı təbrik edirəm. Bizim etirazımız onlara deyil, hakimədir. Bu gün kuboku "Qalatasaray"a hədiyyə etdi. Bizim 8 oyunumuzu idarə etdi və hamısını uduzduq. Allah bəlasını versin".

Qeyd edək ki, hazırda "Qalatasaray" Türkiyə superliqasında 66 xalla liderdir. "Akhisar Bələdiyyəspor" isə 25 xalla turnir cədvəlinin autsayderidir.


19 Avq 2019
İdman

Modriç, Rakitiç, Perişiç Bakıya gələcək - HEYƏT

Modriç, Rakitiç, Perişiç Bakıya gələcək - HEYƏT

19 Avq 2019
İdman

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək.

17 Avq 2019
İdman

Super Kubok matçında meydana girən "YouTuber"in cəzası açıqlandı

Super Kubok matçında meydana girən "YouTuber"in cəzası açıqlandı