Bu gün “Eurovision”u Çingiz bağlayacaq

Bu gün “Eurovision”u Çingiz bağlayacaq
16 May 2019 10:43

Bu gün 64-cü "Eurovision" mahnı müsabiqəsinin növbəti buraxılışı baş tutacaq.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, layihənin ikinci yarımfinalında 18 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.

Onlar Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstrya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Makedoniyadır.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə sonuncu, yəni 18 nömrə altında səhnəyə çıxacaq.

Bu məqamda bildirək ki, dünən ikinci yarımfinalın böyük məşqi baş tutub və hər bir ölkənin münsiflər heyəti iştirakçılara ballarını veriblər. Səslər müsabiqə nəticələrinin 50 faizini təşkil edir. Digər 50% isə sabah  bütün çıxışlardan dərhal sonra tamaşaçıların verəcəyi səslərin hesabına əldə olunan xallar olacaq.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.