Azərbaycanlı pəhləvan növbəti dəfə rusiyalıları heyrətə gətirdi - VİDEO

Azərbaycanlı pəhləvan növbəti dəfə rusiyalıları heyrətə gətirdi - VİDEO
16 May 2019 11:05


Rusiyanın İrkutsk şəhərində yaşayan tanınmış azərbaycanlı pəhləvan Əmir Babayev şəhərdə yaşayan həmyerlilərimizi Azərbaycan Respublikası Günü münasibətilə təbrik edib. 

Vesti-İrkutsk” xəbər verir ki, pəhləvan göstərdiyi nömrələrlə şəhər sakinlərini heyran edib. 

Onun ən çətin nömrəsi 15 tonluq yük avtomobilini saçları ilə 10 metr dartması olub. 

Bundan başqa, o, üzərində adam oturmuş stulu dişləri ilə qaldırıb və qılıncların üzərində gəzib. 

Xatırladaq ki, bu il mayın 2-də pəhləvanımız Rusiyanın Blaqoveşensk şəhərində “Kulturnıy Qorod” (Mədəni şəhər) festival hərəkatının açılışında da iştirak edib. 44 yaşlı Əmir pəhləvan artıq 20 ildən çoxdur ki, belə nümayişlər keçirir.

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.