Ukraynanın Jitomirsk vilayətində naməlum şəxslər Azərbaycan vətəndaşını güllələyiblər.
Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "UNN" portalına hüquq-mühafizə orqanlarından bildirilib.
İnsident "Kamennıy Brod" kəndindəki daş emalı zavodlarının birində qeydə alınıb. İki naməlum şəxs odlu silahla bu müəssisənin işçisinə atəş açıblar. 1987-ci il təvəllüdlü azərbaycanlı hadisə yerində dünyasını dəyişib.
Cinayətkarlar motosikletə minərək hadisə yerindən qaçıblar.
Faktla bağlı cinayət işi açılıb.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.