“Emin 444”ü məmur öldürübmüş: 60 bıçaq zərbəsi - Zaur həbs edildi

“Emin 444”ü məmur öldürübmüş: 60 bıçaq zərbəsi - Zaur həbs edildi
16 May 2019 15:02


Cinayət aləmində “Emin 444” və “Emin Massalinski” kimi tanınan kriminal avtoritet Emin Səfərovun qətlini sifariş etməkdə ittiham olunan Zaur Yusifov saxlanılıb.

Bu barədə Realpress.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin keçmiş əməkdaşı olan Z.Yusifov E.Səfərova 60 bıçaq zərbəsi endirib.

Bu barədə isə cinayət işində təqsirləndirilən şəxs qismində adı hallananlardan biri, qətl hadisəsindən dərhal sonra saxlanılan – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlu Z.Yusifovun əleyhinə verdiyi ifadədə bildirib.

Mayın 14-də H.Tağıyevin ifadəsi əsasında Zaur Yusifov saxlanılıb. 

Əldə etdiyimiz məlumata görə, o artıq törətdiyi əməli etiraf edib. Z.Yusifova qarşı 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Evində aparılan axtarışlar zamanı “Vinçester” tipli silah müsadirə olunub. 

Xatırladaq ki, mayın 10-na keçən gecə Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində baş verən kütləvi davada Səfərov Emin Ehtiram oğlu öldürülüb. E.Səfərov çoxsaylı bıçaq yaraları alıb və hadisə yerində keçinib.

Mayın 11-də redaksiyamıza cinayət qurbanının qardaşı Elçin Səfərov zəng edərək, “Emin Masallinski”nin qətlinin sifarişçisinin Zaur Yusifov olduğunu iddia etmişdi. 

Elçin Səfərovun sözlərinə görə, qətldən 10 gün əvvəl qardaşı və 6-cı mikrorayonda yaşayan sələmçi Zaur arasında ciddi münaqişə meydana gəlib. Sonuncu Emin Səfərovu gəncləri yoldan çıxarmasına biganə qalmayacağına dair xəbərdar edib. 

Zərərçəkən tərəf iddia edir ki, Eminə altı nəfər hücum edib və ona 78 bıçaq zərbəsi endirilib. 

Təqsirləndirilən şəxs verdiyi ifadədə bıçaq zərbələrindən 60-nın Z.Yusifov tərəfindən endirildiyini təsdiqləyib. Qalan zərbələri Tağıyev və davada iştirak edən digər şəxslər endirib. 

İndiyə kimi cinayət işi ilə əlaqədar iki nəfər məsuliyyətə cəlb olunub.

Ramella İbrahimxəlilova

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.