"Google Translate" servisində son illərin ən böyük yenilənməsi həyata keçirilərək əlavə reallığa əsaslanan funksiyaların – mobil qurğunun kamerası vasitəsilə tərcümə imkanının istifadəyə veriləcəyi gözlənilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, hazırda "Google Translate" proqramı işə salınan və smartfonun kamerası tanış olmayan dildə mətnə yönəldilən zaman ilk növbədə dil və tərcümə ediləcək mətnin seçilməsi tələb olunur. Bu isə rahat deyil.
Lakin gələcək "Google Translate" versiyasında əlavə reallıq vasitəsilə dili və şəkil üzərində mətni avtomatik müəyyənləşdirmək mümkün olacaq. Bu, istifadəçiyə proqramı işə salaraq əlavə reallıq rejimini qoşmaqla lazımi tərcüməni etməyə imkan verəcək.
Virtual reallıq funksiyası ilə işləyəcək "Google Translate" servisinin yenilənmiş versiyasının istifadəyə verilmə vaxtı barədə məlumat verilmir.
Realpress.az
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.