Tolqadan şok sözlər: Günay məni öldürtmək üçün adam tutmuşdu - VİDEO

Tolqadan şok sözlər: Günay məni öldürtmək üçün adam tutmuşdu - VİDEO
16 May 2019 16:02


Türkiyədə yaşayıb, orada modellik karyerasını davam etdirən əslən azərbaycanlı Günay Musayeva ilə keçmiş həyat yoldaşı aktyor Tolqa Karel arasında qalmaqal yaşanıb.

realpress.az xəbər verir ki, Günay “Kanal D”də yayımlanan “İkinci sayfa” proqramında Tolqanı aliment verməməkdə ittiham edib.

“İki ay aliment ödədi, ondan sonra isə göndərmədi. Beş il içərisində cəmi min lirə (280 AZN - red.) ödəyib”, - deyə Günay bildirib.

Günay Tolqanın oğlu Cahangirlə maraqlanmadığını da vurğulayıb:

“Əvvəllər pedaqoqlar oğlumun atasını görməsini istəyirdi, bir müddət göstərdik, indi isə yoxluğuna öyrəşib. Beş ildə atasını çox az görüb. Oğlum Cahangirin həm atası, həm də anası olmuşam. Bəlkə, ad günündə oğluma zəng edər deyə, düşünürdüm. Onu da etmədi. “Instagram”dan izləyir. Mən də oğlumla bağlı paylaşımlar etmirəm. 

Tolqanın valideynləri bizi axtarmadı. Oğlumu tək böyüdürəm. Pis günlər yaşadıq, ancaq indi hər şey çox yaxşıdır. Atası barədə oğlumun yanında heç bir neqativ söhbətin getməsinə icazə vermirəm. Böyüyəndə görüşər, ya yox, onu bilmirəm”.

Musayevanın çıxışından sonra hazırda ABŞ-da yaşayan Karelin də cavabı gecikməyib. Tolqanın Günayla bağlı irəli sürdüyü ittiham isə eşidənləri şoka salıb. Aktyor bildirib ki, eks həyat yoldaşı onu öldürtmək üçün adam tutubmuş:

“Məni öldürtmək üçün tutduğu insan həbs olunub, cəza evinə atılıb. Hansı birindən danışım? Danışdıqlarımın əlimdə sübutu və dəlili var. Allahıma şükür edirəm ki, məni belə qadından xilas edib. Mənim üçün o, ölü biridir. Cahangir mənim oğlumdur, amma gün gələcək, o da həqiqətləri biləcək və yanında bir dəqiqə belə qalmayacaq. O gün gələnədək səbr edəcəyəm, gözləyəcəyəm”. 

Məlumat üçün bildirək ki, məşhur cütlük 2011-ci ildə təmtəraqlı şəkildə evlənib, daha sonra qalmaqallı şəkildə boşanıb.



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.