Bakıda zibil maşınının avtobusa çırpıldığı qəzanın görüntüsü - VİDEO

Bakıda zibil maşınının avtobusa çırpıldığı qəzanın görüntüsü - VİDEO
16 May 2019 16:33

Bakıda baş verən ağır yol nəqliyyat hadisəsi təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb.

Realpress.az Avtosfer.az-a istinadla xəbər verir ki, yol kənarında dayanan avtobusa arxadan zibil daşıyan maşın çırpılır. Hadisə nəticəsində bir neçə sərnişin xəsarət alıb. Qəzanın baş vermə səbəbləri dəqiq açıqlanmasa da görüntülərdən aydın olur ki, zibil maşınının sürücüsü səhlənkar davranır. Göründüyü kimi avtobusla zibil maşını arasında xeyli məsafə var. Lakin zibil maşınının sürücüsü nə sürəti azaltmır, ya da zolağı dəyişib hərəkətini davam etdirmir. Ehtimal etmək olar ki, o, sükan arxasında ya yuxulayıb, ya da başı nəyəsə qarışıb. Ancaq hadisə səhər saatlarında baş verdiyi üçün onun yuxulu olma ehtimalı daha yüksəkdir.

Qeyd edək ki, DYP əməkdaşlarının sayıqlığı nəticəsində səhər saatlarında sükan arxasına içkili vəziyyətdə keçən bir neçə sürücü aşkarlanıb. Onlar zibil maşını sürdüklərini və yol polisi tərəfindən saxlanılmayacağını güman edirlər. Xüsusilə qış aylarında bu hal geniş yayılıb. Yol polisi hər səhər təxminən saat 5-6 radələrində bu sürücüləri nəzarətdə saxlayır. Bununla belə təssüf olsun ki, bu cür hallar yenə baş verir. Hətta zibil daşıyan avtomobillərin texniki cəhətdən nasaz olduğu müşahidə olunur.

Ümid edirik ki, aidiyyəti qurumlar olan Bakı və rayon icra hakimiyyətləri buna ciddi nəzarət edəcəklər. Bu maşınları idarə edən sürücülər tibbi müayinədən keçiriləcək. Həmçinin avtomobillər texniki baxışdan keçdikdən sonra xəttə buraxılacaq.

Görüntüləri təqdim edirik:


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.