Gəncədə İmadəddin Nəsiminin canlı portreti yaradıldı - VİDEO

Gəncədə İmadəddin Nəsiminin canlı portreti yaradıldı - VİDEO
16 May 2019 17:05

Gəncənin Heydər Əliyev meydanında 3 minə yaxın gəncin iştirakı ilə şair və mütəffəkir İmadəddin Nəsiminin canlı portreti yaradılıb. 

Realpress.az istinadla bildirir ki,BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, portret Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, gəncəli gənc Mobil Qarayevin təşəbbüsü ilə ərsəyə gəlib. Dahi şairin canlı portetinin yaradılmasını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, struktur rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri də izləyiblər. 

Layihənin rəhbəri Mobil Qarayev qeyd edib ki, bu, minlərlə gəncin iştirakı ilə Gəncənin baş meydanında yaradılan ikinci portretdir.

 “Bildiyiniz kimi cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən bu il “Nəsimi ili” elan edilib. Sərəncamdan dərhal sonra layihəni reallaşdırmaq qərarına gəldim. Layihə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən dəstəkləndi. Bu gün isə gənclərimizlə birgə onu həyata keçirdik”, - deyə Mobil Qarayev vurğulayıb.

Qeyd edək ki, bu, Gəncədə minlərlə gəncin iştirakı ilə təşkil olunan sayca 5-ci flaşmobdur. İlk flaşmob 10 min gəncin iştirak ilə Ulu Öndər Heydər Əliyevin canlı portreti və imzasının yaradılması olmuşdu. Növbəti illərdə isə şəhərin baş meydanında “Baku-2015” Avropa Oyunlarının, “Gəncə Avropa Gənclər Paytaxtı - 2016”-nın və “Baku-2017” İslam Həmrəylik Oyunlarının canlı loqoları yaradılmışdı.

Xatırladaq ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib.
























6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.