“IDC” şirkəti: “Bu il dünya yarımkeçiricilər bazarının həcmi 7,2 faiz azalacaq”

“IDC” şirkəti: “Bu il dünya yarımkeçiricilər bazarının həcmi 7,2 faiz azalacaq”
16 May 2019 17:07

“International Data Corporation” (IDC) analitik şirkəti 2019-cu ildə dünya yarımkeçirici məhsullar bazarında əhəmiyyətli azalma proqnozlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, sahədə son üç ildə artım qeydə alınıb. 2018-ci ildə onun həcmi təxminən 474 milyard dollara çatıb. Bununla yanaşı, 25 aparıcı yarımkeçirici məhsullar tədarükçüsü pul ifadəsində bazarın 80 faizinə nəzarət edir.

 

Şirkətin proqnozlarına görə, bu il məhsulun tədarük həcmi pul ifadəsində 7,2 faiz azalacaq. Nəticədə 2019-cu ilin yekunları üzrə bazarın həcmi 440 milyard dollar səviyyəsində olacaq.

 

Müşahidə edilən mənzərə qismən izafi istehsal və anbarlarda çoxlu satılmayan məhsulun yığılıb qalması, eləcə də ümumilikdə tələbatın zəifləməsi ilə izah edilir.

 

Analitiklər tərəfindən 2019-2020-ci illərdə “DRAM” və “NAND” yaddaş kartları seqmentində satışın azalacağı proqnozlaşdırılır. Bununla belə, yaddaşla əlaqəsi olmayan yarımkeçiricilər seqmentində bu il 1 faiz (319 milyard dollaradək) artım gözlənilir.

 

Növbəti illərdə sahənin tədricən bərpası proqnozlaşdırılır. 2023-cü ildə yarımkeçirici məhsulların tədarük həcminin pul ifadəsində 524 milyard dollara çatacağı ehtimal olunur.

Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.