Naxçıvan klubu 14-cü dəfə Azərbaycan çempionu oldu

Naxçıvan klubu 14-cü dəfə Azərbaycan çempionu oldu
20 May 2019 08:50


Futzal üzrə Azərbaycan Yüksək Liqasının 2018/19-cu il mövsümünün qalibi bilinib.

Realpress.az xəbər verir ki, həlledici oyunda “Araz” (Naxçıvan) və “Xəzər Cənub” komandaları qarşılaşıb. 

4:1 hesabı ilə qələbə qazanan “Araz” 14-cü dəfə ölkə çempionu olub. Üçüncü yer uğrunda keçirilmiş qarşılaşmada isə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən EKOL bürünc medal qazanıb.

Çempionatın ən yaxşı baş məşqçisi millimizi də çalışdıran braziliyalı Joze Alesio Da Silva (“Araz”), ən yaxşı oyunçusu Vitali Borisov (“Neftçi”), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçilib. Mövsüm ərzində 85 qol vuran “Xəzər Cənub”un iranlı hücumçusu Hadi Rezvan ölkə çempionatının bombardiri olub. 

Komandalara diplomları, medalları, çempiona kuboku AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim edib.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.