Azərbaycanı ilk dəfə Avropa Oyunlarında qadın samboçu təmsil edəcək

Azərbaycanı ilk dəfə Avropa Oyunlarında qadın samboçu təmsil edəcək
20 May 2019 11:30


Azərbaycan gələn ay Minskdə keçiriləcək II Avropa Oyunlarında ilk dəfə qadın samboçu ilə təmsil olunacaq.

Bu barədə realpress.az-a Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Gözəl Zutova Azərbaycanı sambo yarışlarında təmsil edəcək. Bununla da Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək samboçuların sayı yeddiyə çatıb. Belə ki, altı nəfər kişi idmançımız da 22-23 iyun tarixlərində Minskdə keçiriləcək sambo yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, 34 yaşlı Gözəl Zutova daha çox güləşçi kimi tanınıb. Zaqatala güləş məktəbinin yetirməsi olan Zutova 2011-ci ildə Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-Pri beynəlxalq turnirinin gümüş medalını qazanıb. O, 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunlarında qadın güləşində (-75 kq) ölkəmizi təmsil etsə də, ilk görüşdə uduzaraq mübarizəni dayandırıb.

Gözəl Zutovanın adı bu ay Bakıda keçirilmiş cüdo üzrə Böyük Dəbilqə turnirinin ilkin sifariş ərizəsində (+78 kq) yer alsa da, sonradan onun bu yarışda iştirak etməyəcəyi müəyyənləşmişdi.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.