Növbəti nəsil atom saatı yaradılır

Növbəti nəsil atom saatı yaradılır
20 May 2019 12:33

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) mütəxəssisləri növbəti nəsil eksperimental atom saatı üçün əsas olacaq texnologiyanı nümayiş etdiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, məlumata görə, mikrosxemli yeni saatın işi çip üzərində kiçik şüşə konteynerin (buxar dəliyi) içində olan rubidium atomlarının vibrasiyasına əsaslanır. Mikrosxemlərin iki tezlik darağı yüksəktezlikli optik atom vibrasiyasını mobil proqramlarda istifadə ediləcək daha aşağı mikrodalğalı tezliklə birləşdirən mexanizmlər kimi işləyir. Mikrosxemlərə əsaslanan yeni saatın “ürəyi” çox az (275 millivat) enerji tələb edir və qol saatına quraşdırılmaq üçün potensial baxımdan kompakt versiyada hazırlana bilər. Çip şəklində olan belə optik saat son nəticədə naviqasiya sistemləri və telekommunikasiya şəbəkələrində ənənəvi generatorları əvəzləyəcək, eləcə də peyklərin ehtiyat saatı qismində çıxış edəcək.

Mütəxəssislərin sözlərinə görə, yeni optik atom saatında bütün əsas komponentlər stabil əlaqədə olan və işləyən mikrosxemlərdən hazırlanıb. Mütəxəssislər qrupu texnologiyanın akkumulyatorla işləyən yeni nəsil kiçik azgüclü saat və portativ qurğuların hazırlanmasına zəmin yaradacağına ümid edir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.