Avropa İttifaqında kiberhücumlara sanksiyaların tətbiqi üçün mexanizm hazırlanıb

Avropa İttifaqında kiberhücumlara sanksiyaların tətbiqi üçün mexanizm hazırlanıb
20 May 2019 14:04

Avropa İttifaqında miqyaslı kiberhücumlara cavab olaraq sanksiyaların tətbiqinə imkan verən xüsusi mexanizm hazırlanıb. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Interfax” resursuna istinadən yazır ki, “17 may 2019-cu ildə Şura tərəfindən Avropa İttifaqı və ya onun üzv ölkələri üçün xarici təhlükə törədən kiberhücumların qarşısını almaq və cavab vermək üçün məhdudlaşdırıcı tədbirlər görməyə imkan verən mexanizm yaradılıb”, – sənəddə qeyd olunur.

 

Bəyanatda xüsusilə vurğulanır ki, söhbət üçüncü ölkələrə və ya beynəlxalq təşkilatlara haker hücumlarından gedir.

 

Şura qeyd edir ki, sanksiyalar altına Aİ-yə ciddi təsir göstərən kiberhücumlar düşə bilər.

 

Sanksiyalar Aİ-yə daxil olmayan ölkələrdən və ya onun hüdudlarından kənarda yerləşən infrastrukturla, eləcə də təşkilata üzv olmayan ölkələrdə fəaliyyət göstərən şəxs və ya təşkilatların köməyi ilə həyata keçirilən kiberhücumlara şamil ediləcək.

 

Bildirilir ki, sanksiyalar təkcə həyata keçirilən kiberhücumlara deyil, eyni zamanda onları etmək üçün edilən cəhdlərə şamil olunacaq.

 

Aİ kiberhücumlara görə məsuliyyət daşıyan və ya onları etmək istəyən şəxslərə, məsələn, onları maliyyələşdirən və ya texniki dəstək göstərənlərə qarşı sanksiyalar tətbiq edə bilər.

 

Məhdudlaşdırıcı tədbirlərə Aİ-yə girişə qadağa, eləcə də sanksiya altına düşmüş maliyyə vəsaitlərinin dondurulması daxildir.

Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.