Ronaldu kubokla oğlunun başını əzdi – VİDEO

Ronaldu kubokla oğlunun başını əzdi – VİDEO
20 May 2019 14:26


“Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu “Seria-A” çempionluğunu meydanda qeyd etdiyi vaxtda təsadüfən əlində tutduğu kubokla oğlunun alnını əzib.

Hadisənin görüntüsü “Cristian Ronaldu” “Telegram” kanalında yayılıb.

Ronaldu ilə birlikdə onun çempionluq sevincini nişanlısı Corcina Rodriges, anası Dolores Aveyru və oğlu Kriştianu (kiçik) qeyd edib. Balaca Kriştianu zərbədən xəsarət almayıb və çox keçmədən atası ilə  kubokla şəkil çəkdirib.

 Xatırladaq ki, mayın 19-da “Yuventus” İtaliya çempionatı çərçivəsində son ev oyununu keçirib. “Atlanta” klubuna qarşı matç 1:1  hesabı ilə başa çatsa da, turinlilər hələ aprelin 20-də “Seria A” çempionluğunu təmin edib. Bu “Qoca sinyoranın” ardıcıl səkkizinci İtaliya çempionluğudur.

29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.