"Qardaşlarımız da gedib, lüt videosu yayılan qızları alacaq"

"Qardaşlarımız da gedib, lüt videosu yayılan qızları alacaq"
20 May 2019 15:08

"Kökəlmirəm, hər şey qaydasındadır. Bir dəfə yoldaşım gəldi gördü ki, sobaya para quzu qoymuşam. Getdi məşqə, qayıdan da gördü ki, heç nə qalmayıb. İndi o qədər yemirəm".

Realpress.az axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam "Ay Zaur" verilişində deyib. Bir müddət əvvəl plastik əməliyyatla arıqlayan sənətçi yenidən kökəlməsi ilə bağlı xəbərləri şayiə adlandırıb.

Sənətçi əri Fəxrəddinin onu qısqanmadığını söyləyib:

"Arıqlamağımı özüm istədim. Elə xasiyyətim var ki, oğlan kimiyəm. Studiyada, başqa yerdə oluram. Heç vaxt məndən harada olduğumu maraqlanmırdılar. Arıqlayandan sonra maraqlanmağa başlayıb ki, haradasan?

Çox kaprizsiz və üzüyolayam. Ona görə də hər zaman demişəm, məni alan xoşbəxtdir. Həyat yoldaşım məni qısqanmır. Heç mənə yazanlara da baxmır. Sonuncu dəfə yazılanlara ötən yay baxıb. Bizim ailədə elə şeylər olmur. Dalaşmırıq".

Xatirə ikinci dəfə ana olması haqda suala "Heç vaxt qız övladı arzulamamamışam. Sevmirəm. Yalandan deyim ki, ikinci dəfə ana olmağa hazırlaşıram? Amma ikinci övlad istəyirəm, övladım təkdir" cavabını verib.  
Sənətçi məşhurların həyatının ictimailəşməsindən söz açıb:

"Elə müğənni var ki, özünü aparmağı, söz deməyi bacarır. Hər insanın şəxsi həyatı olur. Heç vaxt deməyin ki, bunu etmərəm. Hər müğənninn də, adi insanın da öz həyatı var. İnsan nəsə edəndə, fikirləşməlidir. Bu da onun taleyidir. Müğənnilər maraqlıdır, efirə çağırırsız. Qonşumuzda adam var, qaynına qoşulub qaçıb. Onu efirə çağırarsız? Üç qızın videosu yayıldı. Hansı müğənni onu edər? Hətta bizim qardaşlarımız onları alır, gedib toylarında oxuyuruq. İctimailəşdi, qızları tanıdıq. Əgər tanınmasaydı, qohumumuz gedib onu alardı. Müğənni etsəydi, onu heç vaxt almazdılar.İnstaqram çox yaxşıdır. Nə qədər adamı onun sayəsində tanıyırıq".

Qeyd edək ki, Fəxrəddin adlı şəxslə ailəli olan Xatirənin Emil adlı oğul övladı var.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.