Bakıda daha bir məktəbli intihara cəhd etdi - Əmisinə görə...

Bakıda daha bir məktəbli intihara cəhd etdi - Əmisinə görə...
20 May 2019 16:26

Bakıda daha bir məktəbli intihara cəhd edib.

Realpress.az xəbər verir ki, A.Müzəffərov adına Saray qəsəbə 2№-li tam orta məktəbin IX sinif şagirdi Əfruz Soltanova çox sayda dərman içib.

O, dərhal Sumqayıt şəhər Mərkəzi Xəstəxanaya yerləşdirilib. Daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) gətirilib.

Məktəbdən BAKU.WS-ə verilən məlumata görə, intihara cəhdin məktəblə heç bir əlaqəsi yoxdur. Hadisə ailə münaqişəsi zəminində baş verib.  Əfruz əmisi ilə mübahisədən sonra bu addımı atıb.

15 yaşlı Əfruzun anası atıb gedib, atası da vəfat edib. O, bundan əvvəl Qubada Uşaq Evində qalıb. Bir müddətdən sonra əmisi oradan götürüb öz evinə gətirib.

Bütün sinif yoldaşları, müəllimlər də onun əmisi ilə probleminin olduğunu bilirmiş. Yəni əmi heç öz ailəsi ilə yola getmirmiş.

Məktəbdən verilən məlumatda bildirildi ki, məktəbin direktoru Tahirov Ağası Səfər oğlu hadisəni eşidən şagirdini ziyarət edib.

Faktla bağlı araşdırma aparılır. 

24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.