Böyük Britaniya Kraliçası II Elizabet sosial şəbəkə hesablarını idarə etmək üçün işçi axtarır.
Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, Kraliça Elizabet bütün hadisə barədə xəbərləri, o cümlədən elanları və saray ziyarətləri ilə bağlı məlumatları paylaşacaq işçiyə ayda 30 min funt ödəyəcək.
Yeni işçi Bekinqem sarayında işləyəcək və sosial media mütəxəssislərinin kiçik bir qrupunu idarə edəcək. Sarayın veb-saytının idarə olunması sosial media menecerinin vəziflərindəndir.
Həmçinin yeni işçiyə illik 33 günlük məzuniyyət, nahar və bonuslar da təqdim ediləcək.
Qeyd edək ki, Kral ailəsi son aylarda ictimai mediada təhqiramiz şərhlərlə mübarizə aparmaq üçün bu addımı atıb.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.