Finala cəmi 100 bilet qalıb

Finala cəmi 100 bilet qalıb
29 May 2019 11:45


UEFA Avropa Liqasının final matçına cəmi 100 bilet qalıb.

Bunu Realpress.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, satışdakı 62 min biletdən yalnız 100-ü qalıb. Lakin AFFA rəsmisi bunu da vurğulamağı unutmayıb:

“Bildiyiniz kimi, əvvəl UEFA biletlərin 21500-nü onlayn qaydada satışa çıxarmışdı. Bunların hamısı satıldı. Amma bu, o demək deyil ki, stadion tam dolu olacaq. Çünki bu finala Avroliqanın yarımfinal iştirakçılarından “Ayntraxt” və “Valensiya”nın da çıxmaq şansı vardı.

Bu iki komandanın azarkeşləri isə əvvəldən finala bilet almışdı. Ola bilsin ki, həmin alman və ispan azarkeşlər Bakıdakı oyuna gəlməsin”.

Qeyd edək ki, bu gün “Arsenal” və “Çelsi” final görüşünə çıxacaq. Bakı Olimpiya Stadionundakı görüş saat 23:00-da baş tutacaq.


25 İyun 2019
İdman

Bu günə olan valyuta MƏZƏNNƏLƏRİ

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

25 İyun 2019
İdman

Erməni idmançını məğlub edib ağlayan Mehmanın videosu rekord qırır (VİDEO)

İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb. 

24 İyun 2019
İdman

Erməni boksçunu məğlub edən Rüfət: Qələbəmi atama həsr edirəm

Erməni boksçunu məğlub edən Rüfət: Qələbəmi atama həsr edirəm