Arif Rəhimov: Eyni anda iki yarışın keçirilməsi Bakı üçün kabus olar

Arif Rəhimov: Eyni anda iki yarışın keçirilməsi Bakı üçün kabus olar
29 May 2019 14:49


2020-ci ildə “Formula-1” üçün Londondan Bakıya reyslərin sayı artırılacaq.

Bunu Böyük Britaniyanın “Reuters” nəşrinə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov deyib.

Arif Rəhimov UEFA Avropa Liqasının finalı zamanı Londondan Bakıya gələn azarkeşlərin problem yaşamasının Azərbaycan üçün faydalı presedent olduğunu bildirib. O qeyd edib ki, növbəti il “Formula-1” üçün Londondan Bakıya reyslərin sayı artırıla bilər: 

“Növbəti il, “Formula-1” hər hansısa yarışla dalbadal olsa, mütləq çalışacağıq ki, çarter uçuşları təşkil edək. Bütün tamaşaçılar üçün asan olsun deyə alternativlərə baxırıq. Bu, keçmişdə etdiyimiz bir şey deyil. Ancaq gələcək üçün nəsə etmək istəyirik.

İngilis tamaşaçılar ruslardan sonra “Formula-1” üçün Bakıya gələn sayca ikinci qonaqlarımızdır. Üçüncü isə almanlardır. Biz 3-4 min rusiyalı və 1000-dən aşağı britaniyalıdan danışırıq. Bu insanlar müntəzəm bilet alırlar. Qeyd etdiyim rəqəmə qonaqlar, qonaqpərvərlik suitləri və s. aid deyil”.

Rəhimov 2020-ci ildəki “Formula-1” yarışının apreldə yox, iyunda Kanadanın Monreal şəhərindəki yarışla dalbadal keçirilməsinə çalışacaqlarını bildirib:

“Biz hazırda növbəti yarışın iyunda keçirilməsi barədə söhbət aparırıq. Ancaq iyunda bu yarışı keçirmək üçün çoxlu maneələr var. Çünki 13, 17, 21 iyunda AVRO-2020-nin dörd oyunu və iyulun 4-də 1/4 final matçı Bakıda keçiriləcək. 

Əlbəttə, bizim yarışımız AVRO-2020 ilə toqquşa bilməz. Eyni anda Bakıda iki yarışın keçirilməsi şəhər üçün kabus olar. Azarkeşlərimizi itirəcəyik, AVRO-2020 də öz fanatlarını itirəcək. Ona görə də biz “Formula-1”i iyunun əvvəlinə salmağı düşünürük və ümid edirəm ki, bu alınacaq”.

Qeyd edək ki, bu gün “Arsenal” və “Çelsi” final görüşünə çıxacaq. Bakı Olimpiya Stadionundakı görüş saat 23:00-da baş tutacaq.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.