Deputatlar dünənki oyun barədə: “Arsenal” indi ermənilərlə birgə ağlasın

Deputatlar dünənki oyun barədə: “Arsenal” indi ermənilərlə birgə ağlasın
30 May 2019 09:56


Mayın 29-dan 30-na keçən gecə Azərbaycan daha bir nüfuzlu yarışa, UEFA Avropa Liqasının final qarşılaşmasına, “Çelsi”-“Arsenal” oyununa ev sahibliyi etdi. Qarşılıqlı hücumlar şəraitində keçən final qarşılaşması “Çelsi”nin möhtəşəm qələbəsi – 4:1 hesabı ilə başa atdı.

Gözəl oyun sayəsində “Çelsi” Avroliqanın kubokunu qazandı.

Görəsən, millət vəkilləri final qarşılaşmasının nəticələrini necə qiymətləndirirlər?

Realpress.az-ın xəbərinə görə, millət vəkili Sahib Alıyev bildirib ki, son günlər “Arsenal” yarımmüdafiəçisi Henrix Mxitaryanla birgə futbol yox, Azərbaycana qarşı siyasət oynayırdı. 

“Çelsi”nin qələbəsinə mən həm idmanın çirkli siyasət, həm də Avropa Liqasının final oyununu əsl futbol bayramına çevirən Azərbaycanın bədxahları üzərində qələbəsi kimi baxıram. “Human Rights Watch”, “Amnesty International”da da bunu bilməmiş olmasınlar gərək”, - deyə o əlavə edib.

Millət vəkili Tahir Mirkişili bildirib ki, burada ən böyük qalib Azərbaycandır:

“Çirkin siyasi oyun əvəzinə gözəl futbol oyunu oynamaq lazım idi, cənablar! Haqsız olanlar sonda uduzurlar, böyük hesabla, bu gecədəki kimi! Gecənin ən böyük qalibi Azərbaycandır! Azərbaycanın ən böyük qalibiyyəti isə irəlidədir!”

Deputat Fazil Mustafa qeyd edib ki, onun verdiyi proqnoz düz çıxıb, “Çelsi” qalib gəlib: 

“Demişdim ki, “Çelsi” 3-2 qazanacaq, hesab 4-1 oldu. Əsas odur ki, “Çelsi” qazansın. Buyurub bütün “Arsenal”lılar erməni formasını geyinsin, üstəlik, yalandan ağlaya da bilərlər. Necə ki, sevdikləri ermənilər yüz ildir yalandan ağlayırlar. 

Gəldiyiniz ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizlik edəndə, bilmirdiniz ki, bunun ağlamaq anı da var? Qələbəyə görə “Çelsi”yə təbriklər, gözəl idman bayramı təşkilatçılığına görə də Azərbaycanımıza təşəkkürlər!”

Millət vəkili Qənirə Paşayeva isə bunları deyib:

“Təbriklər, “Çelsi” və təşəkkürlər, Azərbaycan! “Çelsi” azarkeşi olmasam da, bu oyunda onun qələbəsini istəyirdim. “Arsenal” klubunun heç zaman azarkeşi olmamışam, amma onların Bakıdakı oyun ərəfəsində erməni oyunçu ilə bağlı heç bir normalara sığmayan əməlləri, Azərbaycana qarşı haqsız hərəkətləri, özlərinin və tərəfdarlarının gəldiyi ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizliklər etməsi hamımızı hiddətləndirmişdi. 

İndi oturub o erməni oyunçu, ermənilər ve böhtançılarla biabırçı məğlubiyyətlərinə birlikdə ağlayarlar. Qələbəyə görə “Çelsi”ni təbrik edirik. Gözəl idman yarışı təşkilatçılığına görə də ölkəmizə təşəkkürlər! 

Azərbaycan bir daha ən yüksək səviyyəli tədbirləri yüksək səviyyədə təşkil edə bildiyini göstərməsi ilə bədxahlara şillə kimi cavab verdi. Allah düşmənlərə qarşı hər zaman ölkəmizə dəstək olsun!”

Kamil HƏMZƏOĞLU

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.