“Çelsi” futbolçuları Bakıda kubokla pivə içdi - VİDEO

“Çelsi” futbolçuları Bakıda kubokla pivə içdi - VİDEO
30 May 2019 14:30


Bakıda UEFA Avropa Liqasının qalibi olan “Çelsi”nin mükafatlandırma mərasimindən sonra paltardəyişmə otağında sevincli anlarını əks etdirən görüntülər yayılıb.

Realpress.az xəbər verir ki, “Çelsi”nin rəsmi TV kanalında yayımlanan görüntülərdə “zadəganlar”ın qələbəni pivə içərək qeyd etdiyi görünür.

Bunların içərisində ən fəalı isə “Arsenal”ın sabiq futbolçusu Olivye Jirudur. 49-cu dəqiqədə hesabı açmış və bununla da cari mövsüm Avropa Liqasının 11 qolla bombardiri olmuş fransalı forvard pivəni kuboka tökdürərək onu içir.

Qeyd edək ki, dünən “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək bu kuboku ikinci dəfə başı üzərinə qaldırıb.


17 İyun 2019
İdman

Türkiyə klubunda istefa

"Ankaragücü" klubu baş məşqçisiz qalıb.

14 İyun 2019
İdman

Maradona istefa verdi

Əfsanəvi argentinalı Dieqo Armando Maradona "Dorados" klubunun baş məşqçi vəzifəsindən istefa verib.

14 İyun 2019
İdman

Nurməhəmmədov: Konor onu öldürməməyim üçün yalvarırdı, indi revanş istəyir?

Nurməhəmmədov: Konor onu öldürməməyim üçün yalvarırdı, indi revanş istəyir?

13 İyun 2019
İdman

İngiltərədə baş məşqçiyə 24 il həbs cəzası verildi - Təcavüzə görə

İngiltərənin "Southempton" və "Peterborough" klublarının gənclər komandalarının sabiq baş məşqçisi Bob Hiqqins həbs olunub.