Realpress.az xəbər verir ki, Qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu ilin yanvar ayında Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə polkovnik Əkbər İsmayılov təyin edildikdən sonra idarə daxilində yeniləmə işlərinə başlanılıb.
Bir müddət sonra İdarənin keçmiş fəaliyyətinin araşdırılması üçün nazirlik tərəfindən xidməti yoxlama aparılıb. Nəticədə, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə İdarənin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Əliyev nazirin əmri ilə vəzifəsindən azad olunub və sərəncama götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Tovuz RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev saxta şəxsiyyət vəsiqəsi verdiyi üçün nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.