“Liverpul” Çempionlar Liqasının qalibi oldu - YENİLƏNİB + VİDEO

“Liverpul” Çempionlar Liqasının qalibi oldu - YENİLƏNİB + VİDEO
02 İyun 2019 14:08


UEFA Çempionlar Liqasının qalibi bəlli olub.

realpress.az xəbər verir ki, “Liverpul” 2-ci dəqiqədə Məhəmməd Salah və 87-ci dəqiqədə belçikalı hücumçu Divok Oriqinin vurduğu qollarla qalib gəlib.

Bununla da  “Liverpul” klubu altıncı dəfə bu turnirin qalibi olub.

23:09

UEFA Çempionlar Liqasının final matçında hesab erkən açılıb.

realpress.az xəbər verir ki, 1-ci dəqiqədə seneqallı Sadio Manenin cərimə meydançası daxilində zərbəsi fransalı Mussa Sissokonun qoluna dəyib.

Bu üzdən sloveniyalı referi Damir Skomina penalti nöqtəsini göstərib. Penaltini misirli Məhəmməd Salah dəqiq yerinə yetirib – 1:0.

22:47

UEFA Çempionlar Liqasının final matçında üz-üzə gələcək komandaların start heyətləri açıqlanıb. 

realpress.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:

“Tottenhem”: Üqo Lyoris, Kiran Tripyer, Tobi Alderveyreld, Yan Vertonqen, Dəni Rouz, Mussa Sissoko, Hari Uinks, Dele Ali, Kristian Eriksen, Hın-Min Son, Hari Keyn

“Liverpul”: Alison Beker, Endryu Robertson, Vircil van Deyk, Joel Matip, Trent Aleksander-Arnold, Corcinio Veynaldum, Fabinyo, Cordan Henderson Sadio Mane, Roberto Firmino, Məhəmməd Salah.  


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.