Narkolepsiya nədir?

Narkolepsiya nədir?
04 İyun 2019 14:05


Narkolepsiya gözlənilməz yuxulama atakları ilə xarakterizə olunan xəstəlikdir.

Nəzərə alsaq ki, xəstəlik gündəlik həyatı çox çətinləşdirir, düzgün müalicəyə böyük əhəmiyyət verilməlidir.

Digər adı Gelino olan bu xəstəlik sinir sisteminin patologiyaları arasında yuxu pozulmasının bir növüdür. Xəstələr gün ərzində anidən yuxulamalara müqavimət göstərə bilmədən, istənilən vaxt yuxuya gedə bilər: avtomobili idarə edərkən, imtahanda və ya işdə.

Bu xəstəliyə ən çox gənclərdə rast gəlinir. Qadınlarda nadir hallarda baş verir, uşaqlarda isə çox nadir hallarda diaqnoz qoyula bilir.

Dünyada təxminən üç milyon insan bu xəstəlikdən əziyyət çəkir. Adətən, narkolepsiya gənc yaşlarda başlayır. İnsanlar gecə yuxusuzluğundan və gün ərzində yorğunluqdan şikayət edirlər. Bəzən xəstəlik tənəffüs yolları xəstəliyi əlaməti ilə qarışdırılır. Bütün bunlar müalicənin çox gec başlamasına gətirib çıxarır.

Narkolepsiyanın nəticəsi kataplexiyadır. Kataplexiya pristup şəklində, hərəkət fəaliyyətinin pozulması ilə xarakterizə edilən nevroloji xəstəlikdir. Patoloji vəziyyət bədənin hər hansı bir hissəsinin qəfildən immobilizasiyası, fasial (üz) əzələlərin müvəqqəti iflici şəklində özünü göstərir.

Səbəbləri

Elm adamları bu xəstəliyin etioloji faktorlarını yaxın dövrdə aşkar ediblər. Narkolepsiya beyində baş verən metabolik pozulmalar fonunda inkişaf edir.

İnsan beyninde ifraz olunan neyromediator oreksin adlı maddənin çatışmazlığı səbəbindən yuxulama istəyi olur.

Bədəndə bu maddənin olmaması aşağıdakı səbəblərdəndir:

• kəllə beyin travması (KBT);
• hormon çatışmazlığı;
• genetik meyillilik;
• psixoloji xəstəliklər;
• diabet;
• güclü sinir gərginliyi;
• beyinin infeksion xəstəliyi.

Patoloji yuxu pozuqluğunun simptomlarına səbəb olan amillər arasında:

• tez-tez stresli hallar;
•  narkotik və spirtli içkilərdən istifadə;
•  xroniki yorğunluq;
•  beyində keçirilmiş əməliyyat;
•  antidepresantların qəbulu;
•  gündüz və gecə həyat siklinin pozulması.

Simptomlar

Narkolepsiyanın ən sıx əlamətləri:

• taxikardiya;
• tərləmə;
• gecə yuxusunun pozulması;
• hallüsinasiyalar;
• diz əzələlərinin zəifliyi;
• ağır yorğunluq;
• fikir dağınıqlığı;
• şüur bulanıqlığı;
• baş ağrısı;
• narahatlıq;
• məcburi əzələ səyriməsi.

Narkolepsiyalı xəstə bir anda bədəninin zəiflədiyini hiss edərək səbəbsiz yuxuya gedir, yuxu bir neçə saniyədən yarım saata qədər davam edə bilir.

Xəstə diqqətini cəmləyə bilmir. Gözlərini bağlayanda dərhal yuxu görür.

Dərin yuxuda tamamən hərəkətsiz, iflicə bənzər halda olur, toxunduğunuzda iflicəbənzər simptomları aradan qalxır. Asanlıqla oyandıqdan sonra, tezliklə yenidən yuxuya gedə bilir.

Yuxulama hissi gün ərzində o qədər güclüdür ki, üzünü yumaq və ya siqaret çəkmək kimi vasitələr qısamüddətli təsir edir. Axşam saatlarında isə ciddi yuxusuzluq müşahidə olunur.

İşdə əhəmiyyətli yığıncaqlar, avtomobili idarə etmə və ya ətrafında cərəyan edən mübahisə yuxulamanın qarşısını almır. Bəzən xəstə yuxuda gündəlik hərəkətlərinə davam edir, məsələn, yuxuda, sükan çarxını çevirir və ya yazı yazır.

Xəstələrin 30 faizində qoxu, görmə, eşitmə ilə əlaqəli müxtəlif hallüsinasiyalar var. Simptomlar, adətən, qaranlıqda və narahatlıq şəklində büruzə verir. Bu insanlar gecə tək qalmaqdan qorxur.

Yuxudan oyandıqdan sonra özünü gümrah hiss edir və işə başlayır. Yuxulama epizodları gündə bir neçə dəfə təkrarlana bilər. Xəstə yuxuya getdiyini bilir, amma bu barədə heç nə xatırlaya bilməz.

Simptomlar xəstələrdə kompleks və tək-tək baş verə bilər. Vaxt keçdikcə bu yuxulamalar xəstələrin özünə və ətrafındakılara təhlükə yaradır. Narkolepsiyanın qeyd etdiyimiz simptomları müşahidə edilirsə, diaqnoz qoymaq üçün mütəxəssislə məsləhətləşməlisiniz.

Müalicə

Bütün xəstəliklərdə doğru diaqnostika çox vacibdir, o cümlədən, Gelino xəstəliyində. Müalicəyə başlamazdan əvvəl digər patologiyaları mütləq istisna edin.

Narkolepsiyanın diaqnostikasına aşağıdakı metodlar daxildir:

1. Polisomnoqrafiya. Xüsusi bir laboratoriyada bir və ya bir neçə gecə ərzində aparılır. Bu testdə beyin dalğaları, əzələ fəaliyyəti, ürək ritmləri və göz hərəkətləri qeyd olunur. Prosedur xəstəyə bağlanmış elektrodlar istifadə edilərək aparılır.

2. Çoxsaylı yuxu gecikməsi testi. Yuxu tablosunu çəkib, sapmaları müəyyən etməyə imkan verir. Bu test yuxuya getmə sürətini göstərir və beyin fəaliyyəti qeyd olunur.

3. Əzələ paraliçi varsa, MRI CT ilə səbəblərini müəyyənləşdirmək lazımdır.

Narkolepsiyanı aradan qaldırmaq üçün xəstə hər cür səy göstərməlidir.

Bunun üçün aşağıdakı qaydalara riayət etməlidir:

1. Gecə yuxusuna riayət etmək və normallaşdırmaq.
2. Yuxu və oyaq qalma rejimini tənzimləmək.
3. Gün ərzində yuxuya vaxt ayırmaq.
4. Stressli hallardan uzaqlaşmaq.
5. Düzgün qida rasionuna riayət edərək alkoqollu içki qəbul etməmək.
6. Təhlükəli fəaliyyətlərlə məşğul olmaq və avtomobil idarə etmək qadağandır.
7. Yoqa və tənəffüs təlimləri alaraq rahatlamaq.

Müalicədə xüsusi bir yeri davranış psixoterapiyası alır. Psixoterapiya xəstənin normal yuxuya getməsinə maneə törədən dərin düşüncələrdən azad olmasına, problemlərini həll etməsinə kömək edir.

Fizioterapevtik prosedurlar təyin edilə bilər:

1. Ensefalofoniya - bu səs qeydinə çevrilən beyin fəaliyyəti audition.
2. Hidroterapiya - su müalicəsi
3. Fototerapiya - xəstəyə yüngül işıqla təsir.
4. Masaj - xüsusilə effektiv nöqtə üsulu, vaskulyar spazmları aradan qaldırmaq, qan dövranını artırmaq, anksiyeteyi aradan qaldırmaq üçün imkan verir. Bu masaj müstəqil şəkildə edilə bilər.

Amerikalı alimlər bir müalicə tapmaq istiqamətində araşdırmalar nəticəsində orexin burun spreyini kəşf etdilər. Bu sprey xəstəliyə səbəb olan maddənin çatışmazlığını doldurmağa imkan verir. Dərmanın səmərəliliyi təcrübələrlə təsdiqlənir.

Narkolepsiyanın müalicəsi olduqca çətindir. Müasir dünyada hazırda bu xəstəlik tamamilə müalicə edilə bilinmədiyindən, simptomları yüngülləşdirən müalicə tətbiq edilərək, xəstə normal həyat tərzini yaşaya bilir.

Sevinc İbrahimova

Bəs Azərbaycanda ekoloji vəziyyət necədir?
28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.