Rövşən Lənkəranski və Lotu Qulinin adamları arasında ölümcül dava (YENİLƏNİB)

Rövşən Lənkəranski və Lotu Qulinin adamları arasında ölümcül dava (YENİLƏNİB)
04 İyun 2019 14:40

Gəncə Ağır Cinayətlər Məhkəməsinnin inzaibati binasında dustaqlar arasında baş tutan davanın bəzi təfərrüatları məlum olub. 

Realpress.az istinadla bildirir ki, BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, davada iştirak edən şəxslər mərhum "qanuni oğru" Rövşən Lənkəranski və Lotu Qulinin adamları olub. Davanın 8 nəfərin iştirakı ilə baş verdiyi məlum olub. 

Tərəflər arasında mübahisəyə səbəb Göygöl rayonu, Yeni Qızılca qəsəbəsində baş vermiş qətl hadisəsi olub. Həmin cinayət hadisəsinin məhkəmə prosesi zamanı tərəflər münasibətləri aydınlaşdırmağa çalışıb. 

İlham Məmmədov

***11:15*** 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında təqsirləndirilən şəxslərin saxlanıldığı otaqda dustaqlar arasında dava baş verib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə zamanı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkəməsi olan Həbib Əliyev həmyerlisi, Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkəməsi olan Fazil Mustafayevi döyərək ona xəsarət yetirib.

Hadisə zamanı otaqda olan narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə məhkəməsi olan Ağstafa rayon sakini 1989-cu il təvəllüdlü Tural Fərəcov da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

25 İyun 2019
Kriminal

Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş

Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş

22 İyun 2019
Kriminal

Bakıda gəlin qayınatasını öldürdü

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

21 İyun 2019
Kriminal

Buzovnada narkoplantasiya aşkarlandı

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş D.Ardatyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.

20 İyun 2019
Kriminal

Qan davasında ölən qadının oğlu: "Bəlkə mən də onun anasını öldürüm?"

Bir neçə gün əvvəl Ağstafada baş verən qan davasında həlak olan Zeynəb Cəlilovanın oğlu Azad Cəlilov sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. 

20 İyun 2019
Kriminal

Sabunçuda 19 yaşlı qız sərxoş atasını bıçaqladı

Bakıda atasını bıçaqlamaqda təqsirli bilinən Günel Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.