Bakıda evli kişi sevgilisini bıçaqlayıb qəza törətdi - Hər ikisi öldü

Bakıda evli kişi sevgilisini bıçaqlayıb qəza törətdi - Hər ikisi öldü
04 İyun 2019 17:57


Yasamal Rayonu Polis İdarəsinin əməkdaşları iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini araşdırarkən ağır cinayətin üstünü açıblar.

Bu barədə realpress.az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Bildirilir ki, iyunun 3-də saat 13:30 radələrində Bakı Dairəvi yolunun kənarında 90 PL 782 dövlət nömrə nişanlı, “Nexia” markalı avtomobil aşkarlanıb. Maşından 31 yaşlı Abbasov Vasif Əliəddin oğlu və sərnişin, 29 yaşlı Əliyeva Aygün Hüseynağa qızının meyitləri tapılıb.

Araşdırma zamanı məlum olub ki, V.Abbasov iyunun 1-dən itkin düşmüş sayılıb. Meyitlərin ekspertizası zamanı qızın bədənində üç bıçaq zərbəsi aşkarlanıb. 

İstintaq qrupu hesab edir ki, cütlük arasında qısqanclıq zəminində mübahisə baş verib və nəticədə, Vasif Aygünə üç bıçaq zərbəsi endirib.

Bundan sonra, o, bilərəkdən qəza törədib ki, özünün və qızın həyatına son qoysun.

Digər versiyaya görə isə, V.Abbasov Aygünü xəstəxanaya çatdırmaq istəyib, lakin yolda ağır qəzaya düşüb.

Qeyd olunur ki, Vasif ailəli olub. Aygün isə boşanmış və bir uşaq anası olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.