Ərdoğan Tramp və Putinlə görüşəcək - Vaxt açıqlandı

Ərdoğan Tramp və Putinlə görüşəcək - Vaxt açıqlandı
07 İyun 2019 15:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Valdimir Putinlə görüşəcək.

Realpress.az Trend-ə istinadən bildirir ki, ölkə liderlərinin görüşü R.TƏrdoğanın Yaponiyaya səfəri zamanı baş tutacaq.

Türkiyəli liderin Yaponiyaya səfərinin iyunun 28-29-da baş tutacağı bildirilir. Səfərin məqsədi burada keçiriləcək "G20" böyük iyirmiliyin sammitində iştirak etməkdir. Liderlər arasında görüşlərin də məhz bu sammit çərçivəsində baş tutacağı qeyd edilir.

Görüşlər zamanı regional məsələlərlə yanaşı, Türkiyənin Rusyadan S-400 qurğularının alması məsələsinin bir daha müzakirə edləcəyi gözlənilir.


17 İyun 2019
Dünya

Araz Ağalarov bu sahələrə investisiya yatırmağı təklif edir

“Crocus Group”un sahibi Araz Ağalarov Rusiya ilə Türkiyə arasında iqtisadi münasibətləri daha fəal şəkildə inkişaf etdirməyə çağırıb.