Bakıda kişi sevgilisini öldürüb intihara cəhd etdi - YENİLƏNİB

Bakıda kişi sevgilisini öldürüb intihara cəhd etdi - YENİLƏNİB
07 İyun 2019 16:33


Səbail Rayon Polis İdarəsinin əməkdaşları özünü krandan atmaqla hədələyən kişini fikrindən daşındırıblar.

Hüquq-mühafizə orqanlarından realpress.az-a verilən məlumata görə, intihara cəhd edən şəxs 37 yaşlı Fərhad Abışovdir.

Qeyd edək ki, F.Abışov 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızının qətlində şübhəli bilinir. 

Ehtimal olunur ki, o, qadına bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.

13:14

Paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.

Bu barədə realpress.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, cinayət iyunun 7-də gecə saatlarında Arif İsmayılov küçəsində qeydə alınıb. Adı hələlik açıqlanmayan qatil 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızına hücum çəkərək ona bir neçə bıçaq zərbəsi endirib.

K.Mikayılova yaralı halda onu bıçaqlayan şəxsdən qurtulmaq üçün tanımadığı qadının evinə sığınıb, lakin bir müddət sonra həmin evdə qanaxmadan ölüb.

Bundan sonra 8-ci Polis bölməsinə 20-ci sahə ərazisində bir nəfərin krana çıxaraq intihar etmək istəməsi ilə bağlı məlumat daxil olub.

Məlum olub ki, intihar etmək istəyən kişi sevgilisini öldürdüyünü qışqırır. Hazırda polis əməkdaşları onu fikrindən yayındırmağa çalışırlar.

İlkin məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib.


25 İyun 2019
Kriminal

Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş

Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş

22 İyun 2019
Kriminal

Bakıda gəlin qayınatasını öldürdü

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

21 İyun 2019
Kriminal

Buzovnada narkoplantasiya aşkarlandı

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş D.Ardatyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.

20 İyun 2019
Kriminal

Qan davasında ölən qadının oğlu: "Bəlkə mən də onun anasını öldürüm?"

Bir neçə gün əvvəl Ağstafada baş verən qan davasında həlak olan Zeynəb Cəlilovanın oğlu Azad Cəlilov sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. 

20 İyun 2019
Kriminal

Sabunçuda 19 yaşlı qız sərxoş atasını bıçaqladı

Bakıda atasını bıçaqlamaqda təqsirli bilinən Günel Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.