Paşinyan Putindən “nə isə balaca şey” almaq istəyib

Paşinyan Putindən “nə isə balaca şey” almaq istəyib
07 İyun 2019 17:27


Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Rusiya prezidenti Vladimir Putinlə Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində baş tutan görüşdə tərəflər yeni silahların tədarükü məsələsini müzakirə edib.

Bununla bağlı “RİA Novosti” məlumat yayıb. 

Onun sözlərinə görə, Yerevan və Moskvada artıq “hansısa razılıqlar” var.

O, xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın yaxşı vəziyyətinə diqqət çəkib və iki ölkə arasında bu sənaye sahəsində əlaqələrin bərabər inkişaf etdiyini bildirib.

Jurnalistlərin yeni “İsgəndər-M” raketlərinin Ermənistana tədarükü ilə bağlı sualını cavablandıran Paşinyan deyib ki, respublikada bu komplekslər kifayət qədərdir. 

“Ancaq biz başqa şeyə ümid edirik. Daha balaca”, - o deyib.  

Mayın əvvəlində məlum olub ki, Ermənistan Rusiyadan modernləşdirilmiş Su-30SM qırıcılarını almağa başlayıb. Ermənistan Baş naziri o zaman deyib ki, təyyarələrin tədarükü hər kəsə məlum faktdır, ancaq o, alınan digər silahlarla bağlı heç bir məlumat verməyib. 

Fevralda ölkənin Müdafiə naziri David Tonoyan bəyan edib ki, 100 milyon dollarlıq kredit reallaşdıqdan sonra Ermənistan yeni silahlar almaq üçün Rusiyadan növbəti kredit almaq niyyətindədir. Bu kredit 2017-ci ildə üç il müddətinə verilib və Ermənistan bu borcu 2022-ci ilədək ödəməlidir.

29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.