Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov təşkilatla yeni müqaviləsi və onun xüsusiyyətlərindən danışdı.
Realpress.az “Sport24.ru”-ya istinadla bildirir ki, rusiyalı idmançı danışıqların çətin keçdiyini boynuna aldı.
“Müqavilənin şərtlərini açıqlamaq istəmirəm, amma nəticədə istədiyim kimi oldu. Deyə bilmərəm ki, UFC-nin ən yaxşı müqaviləsidir, lakin ən yaxşı üçlüyə daxil etmək olar”, - Nurməhəmmədov vurğulayıb və əlavə edib ki, liqanın qarşısında beş şərt irəli sürüb: “Mən liqaya şərtlərimin yerinə yetirilməyəcəyi təqdirdə yeni müqavilə imzalamayacağımı bildirdim. Mən və komandam bunu qazanmışıq”.
Nurməhəmmədov sentyabrın 7-də Abu-Dabidə Dastin Porye ilə baş tutacaq döyüşə hazırlıqların necə getdiyindən də danışdı.
“Hazırda bir ay müddətində dağlarda məşqlər keçməliyəm, sonra isə iki ay ərzində AKA-nın zalında hazırlaşacağam. Nəhayət, son 15 gündə isə Abi-Dabidə mühitə uyğunlaşmaq üçün məşqlər keçəcəyəm”, - deyə çempion bildirib.
İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.