Tramp gülüş hədəfində: Biabırçı səhvə yol verdi

Tramp gülüş hədəfində: Biabırçı səhvə yol verdi
08 İyun 2019 11:37


ABŞ prezidenti Donald Tramp öz “Twitter” hesabında Ayı Mars planetinin bir hissəsi adlandırıb.

Amerikalı lider NASA-nı Aya uçuşlarla bağlı söhbətlərə son qoymağı və əsas diqqəti daha irimiqyaslı kosmik proqramlara, o cümlədən, Marsa səyahətə yönəltməyə çağırıb. Tramp yazıda Ayın “qırmızı planet”in bir hissəsi olduğunu qeyd edib.

Onun bu yazısı sosial şəbəkədə rişxənd obyektinə çevrilib.

“7 iyun 2019-cu il. Ayın Marsın bir hissəsinə çevrildiyi gün”, - deyə sosial şəbəkə istifadəçilərindən biri yazıb.

“Biz astronomiyanı mənim dördyaşlı oğlumdan pis bilən bir “gədə”ni prezident seçmişik”,- deyə başqası qeyd edib.

Bəzi istifadəçilər isə Trampa Ayla Marsın fərqini şəkillərlə izah etməyə çalışıb.




25 İyun 2019
Dünya

Qazaxıstanda baş verən partlayışlar nəticəsində ölənlərin sayı 2-yə çatdı

Qazaxıstanın Arıs şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

24 İyun 2019
Dünya

Türkiyədə 32 hərbçi saxlanıldı

Ankarada FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində 32 hərbçi saxlanılıb.

24 İyun 2019
Dünya

BMT-dən qadınların maaşı ilə bağlı çağırış — "Boşluqlar aradan qaldırılmalıdır"

“Hələ də dünyada kişi və qadınların aldıqları məvaciblər arasında fərqlər var”.

24 İyun 2019
Dünya

Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır

"ABŞ İranın hava məkanının pozulacağı təqdirdə Tehranın sərt cavab vermək qabiliyyətində olduğunu bilir".